İnfobloq


Arıqlamaq üçün 9 qida

Xanımlara özəl 17.02.15 1156


Artıq çəki problemi müasir dövrümüzdə  oturaq iş rejimi və ayaqüstü yeməklərlə daha da kəskinləşdi. Hər birimiz, xüsusən xanımlar artıq kalorilərdən azad olmaq üçün əlindən gələni edir. Bu məqalə ilə sizə avropa dietoloqlarının tərtib etdiyi arıqlamaq üçün vacib 9 qidanın siyahısını təqdim edirik. Bunlar toxluq hissi yaradır, kaloriləri yeyir və metabolizmi sürətləndirir.

Yumurta

Keyfiyyətli protein mənbəyi  olan yumurta, orqanizmin ehtiyacı olan 9 temel amino asitə malikdir. Aparılan tibbi araşdırmalara görə  səhər yumurta yeyən insanlar uzun muddət acmırlar kalori ehtiyacları azalır və rahat kilo verə bilirlər .

Darçın

Bədəndəki yağların əriməsini sürətləndirən ədviyyatdır. Metabolizmi sürətləndirir. Orqanizmdə qlükoza və şəkərin stabilliyini saxlayır.İltihabın qarşısını alır. Darçını süd və kofeyə əlavə edərək içə bilərsiniz.Bu qida insanda uzun müddət toxluq hissi yaradır.

Zəncəfil

Soyuqdəymədə effektiv olan zəncəfil həm də antiseptik vasitə kimi iltihab əleyhinə gözəl təsirə malikdir . Zencefil acıma hissini də fedir, xolestrolların yeyilməsini sürətləndirir. Ürəkbulanma,qəbzlik,qastrik kimi problemlərdə faydalıdır.

Avokado

Avokado  iltihab önləyicidir,  faydalı  yağlar, protein ve  liflə zəngin bitkidir. Tərkibi doymamış yağ asitləri ve oleik asitdən ibarət avokado yağı, toxluq hissini artırır. Xüsusən qarın nahiyyəsində yağlanmanın qarşısını alır.

Çia toxumu

Şimali Amerikada təbii dərman vasitəsi kimi istifadə olunur. Şəkərli diabet və kardiovaskulyar xəstəliklər zamanı effektiv təsirə malikdir.. Tətkibi iltihab önləyici yağlardan, protein və liflərdən ibarətdir. Bədəndəki yağların əridilməsi  baxımından effektivdir.

Acı qırmızı bibər

Qırmızı bibərin tərkibindəki kapsaisin (acılıq verən  maddə), sinir sisteminə  təsir edərək yağların əriməsini sürətləndirir . Bu qidanı yedikdə katekolamin adlanan hormonlar ifraz olunur  və qan dövriyyəsi sürətlənir. Qırmızı bibər yeyiləndə 20 daqiqə sonra yağ əriməsi  sürətlənir və metabolizm hərəkətə keçir.

Kinoa

Tərkibində qluten yoxdur və maqnezium baxımından zəngindir. Orqanizmə bol enerji verir ve qanda şəkəri kontrol altında saxlayır. Glutensiz bir dənli bitki olan kinoanın Milan Universitetində aparılan bir araştırmada toxluq hissi yaratdığı da məlum olub.

Yaşıl çay

Yaşil çay arıqlama baxımından olduqca effektivdir. Metabolizmi  sürətləndirir , sinir sisteminə təsir göstərərək yağların əriməsini sürətləndirir.. Yaşıl  çayın tərkibindəki  kateşin adlanan madde açlık hormonunu nəzarətdə saxlayır. Yeşil çayın prebiotik özəllikləri də var.

Moruq və çiyələk

Bu qidalar kardiovaskulyar təsirə malikdir.Orqanizmdə yağların konsentrasiya olmasını  əngəlləyir və iltihab əleyhinə təsirə malikdir.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!