İnfobloq


Pəhriz saxlamadan mükəmməl bədən quruluşu

Xanımlara özəl 23.09.14 322


Amerikan alimlərinin “HAT medicine” nəzəriyyəsinə əsasən yemək yeyərək də arıqlamaq olar. Yəni, uzun müddətli aclıq, fiziki yüklənmə tələb olunmur. Bu metodikaya əsasən səhər, nahar və şam yeməkləri arasında qidalanmamaq lazımdır. Çay ilə şirniyyat, meyvə, konfetlər, müxtəlif növ çərəzlər və s. yeyilməməlidir.

Yeməyinizi yavaş-yavaş yeyin. Qidalanmanı 20 dəqiqədən tez bitirmək olmaz. Hər tikəni 30-40 dəfə çeynəmək vacibdir. Beləliklə yediklərinizin ləzzətini hiss edəcəksiniz. Toxluq hormonlarınız hərəkətə keçəcək və doyduğunuzu tez hiss edəcəksiniz. 

Yeməyi tez yeyib qurtarmaq toxluq hormonlarının siqnallarının qarşısını alır və siz daha çox yeməyə məcbur olursunuz. Çalışmaq lazımdır ki, gün ərzində 2,500 kaloridən artıq qida qəbul etməyəsiniz. Mümkün qədər tez yatmaq lazımdır.

Belə ki, boş fəaliyyətlərin və tələsik ayaqüstü yemək yeməyin yerini yuxu əvəz etdikdə, heç bir səy göstərmədən bədən kalori itirir.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!