İnfobloq


Uşağın qızdırmasi var, nə edək?

Ana və körpə 12.12.16 199


Valideynlər bu durumda həyəcanlanır və nə etmək lazim gəldiyini unudur.Ilk onu deyim ki qətiyyən körpələrinizə litik qarisiq(smes) Analqin,dimedrol,novokain vurmayin və vurdurmayin. Analqinin tək dozada sümük iliyində aplaziya verdiyi sübuta yetirilib bu çox təhlükəlidir.Bundan başqa qizdirmasalici kimi Aspirin istifade etməyin. Uşaqlarda virus infeskiyaları zamani aspirinin istifadəsi çox ağir Reye sindromu deyilən patoloji vəziyətə gətirib çıxarir(Qaraciyər catmamazliqi,Ensefalopatiya).Körpənizi həmişəki halindan fərqli hiss etdiyiniz anda (halsiz,kefsiz,istahsiz) derhal temperaturasini ölçün,Əllərin ayaqlarin sərin olmasina aldanmayin,Yüksək temperaturlarda əl ayaq kapilyarlari spazm etdiyi üçün soyuq ola bilər,Əsas büküşlərinə,qarnina,alnina baxin,Temperatur ilk 3 ay körpələrdə 37,3 u keçərsə sadəcə paltarlarini nazikləndirib dərhal həkime götürün. Ilk 3 ay körpələrdə temperaturu mümkun olduğu qədər evdə salmağa çalişmayin. 3 ayindan sonra 37,5ə qədər müdaxilə etməyin,sadəcə paltarlarini çixarib fiziki üsullarla bədənini silin,38 i keçərsə qizdirmasalici(dozani her yaşa və kiloya uyğun həkim təyin edir,Doza düz teyin edilmədiyində temperatur düşməyə bilər)verin,Uşaq olan hər bir evdə qizdirmasalici(açilmamış sirop ve şamlar) və elektron termometr(civəli termometr qetiyyən istifadə etməyin)olmasi vacibdir,Yüksək qizdirmalarda uşaqlarda Febril qicolma vəziyəti yarana bilər,Bunun ilkin mualicəsi qizdirmasalici ilə aparilir,yalniz uzun muddet davam edən qicolmada qicolmaəleyhinələr həkim tərəfindən verilə bilər. 

Pediatr Dr Günay Rəsulova



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!