İnfobloq


Qarğıdalının müalicəvi xassələri.

Ümumi kateqoriya 11.08.16 346


 Qarğıdalı rüşeymindən əldə edilən yağ yüksəkkeyfiyyətli bitki yağı olub, qidalanmada geniş istifadə edilir. Bu yağın müalicəvi xassəsi qanda xolesterinin miqdarını azaldır. Ona görə də qarğıdalı yağından müalicəvi və profilaktiki vasitə kimi aterosklerozda istifadə olunur. Bu məqsədlə gündə 75 q-a qədər qarğıdalı yağı qəbul etmək məsləhət görülür. Qarğıdalı saçaqları da yaxşı dərman vasitəsidir. Bu sa- çaqlar qarğıdalı qıçaları yetişdikdə yığılır və qurudulur. Qar- ğıdalı saçaqlarında sitostearin, stiqmastearin, efir və piy yağları, acı qlükozidlər, saponinlər, C və K vitamini, kamedlər və qatranvarı maddələr vardır. Qarğıdalı saçaqları XIX əsrin yarısından sidikqovucu vasitə və arıqlamaq məqsədilə istifadə olunmağa başlanmışdır. Lakin uzun müddət saxlanılmış saçaqların sidikqovucu xassələri kəskin azalır. Müasir dövrdə qarğıdalı saçaqlarının istifadə dairəsi genişlənmişdir. Ondan qaraciyərin və öd kisəsinin iltihabında, öd yollarının, sidik kisəsinin və böyrəklərdəki daşın müalicəsində müvəffəqiyyətlə istifadə olunur. Qarğıdalı ləçəkləri qanın laxtalanmasını sürətləndirdiyi üçün, ondan qanaxmalarda da istifadə oluna bilər. Qarğıdalı saçaqları tinktura və həlim formasında qəbul edilir. Bu məqsədlə 10 q qarğıdalı saçaqları 300 ml soyuq suda isladılır, 30 dəq emallı və ya şüşə qabda ağzı örtülü olmaqla qaynadılır, soyudulur və hazır həlim 3-4 saatdan bir 1- 3 xörək qaşığı içilir. Qovrulub üyüdülmüş qarğıdalı balla ishala qarşı istifadə olunur.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!