İnfobloq


Mioma və müalicəsi

Cinsi sağlamlıq 27.07.16 414


Miomalar uşaqlıq və uşaqlıq boynunun saya əzələlərindən əmələ gələn xoşxassəli törəmələrdir. Ən çox 35-45 yaşındakı qadınlar arasında rast gəlinir. Bu yaş qrupunda hər 5 qadından birində mioma ola bilər, amma bu qadınların 75%i miomaları olduğundan xəbərsiz olurlar. Yeniyetməlik və klimaks dövrlərində daha nadirdirlər .

ƏMƏLƏ GƏLMƏ SƏBƏBI
Miomaların əmələ gəlmə səbəbi tam məlum deyil. Miomanın yaranması və inkişafında estrogen (qadınlıq )hormonunun və genetik faktorların rolu olduğu qeyd edilir.

MIOMALAR HANSI ŞIKAYƏTLƏRƏ SƏBƏB OLURLAR:
1. Aybaşı qanaxmasının çox və uzunmüddətli olması
2. Aybaşı dövründə olmadan qanaxma
3. Qanazlığı
4. Sidik saxlamama
5. Qəbizlik
6. Qasıqlarda ağrı 
7. Qarında şişkinlik
8. Sonsuzluq
9. Təkrarlayan düşüklər

MÜALICƏ:

Miomaların müalicəsi yeləşdikləri yer, ölçüləri və yaratdığı şikayətlərə görə izləmə və ya cərrahi müalicə şəklində aparılır. 
Miomaların dərmanla müalicəsi ölçüsünü müvəqqəti kiçiltmək və ya əməliyyatönü dövrdə aparıla bilər, amma müvəqqəti müalicə hesab edilir.
Cərrahi müalicə
Cərrahi müalicənin növü xəstənin yaşına, uşaqdoğma arzusuna, miomanın ölçüsünə və yerləşmə yerinə görə seçilir. Mioma açıq, laparoskopik, histeroskopik yolla çıxarıla bilər. 
Bəzi hallarda isə uşaqlıq tamamilə çıxarıla bilər.

*Miomanın cərrahi əməliyyatla çıxarılması sonrası mioma təkrar əmələ gələ bilər.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!