Tibbi Ensiklopediya


Travmatik ensefalopatiya

2170

Beyinin travmatik xəstəlikləri kəllənin mexaniki zədələnməsi nıəticəsində meydana çıxır və sinir - psixi funksiyaların pozuntuları ilə müşayiət olunur.
Beynin zədələnmələri qapalı və açıq olmaqla iki yerə bölünür. Daxilə işləyən kəllə-beyin zədələnmələri güllə, qəlpə , iti alətlərlə zərbə və s. beyin qabığının və maddəsinin tamlığının pozulması ilə yanaşı təsadüf edilə bilər. Beyin sütununun zədələnməsi dərhal ölümlə nəticələnir. Daxilə işləyən yaralanmalar zamanı meningit, beyin absesi kimi ağırlaşmalar baş verə bilər. Kəllənin daxilə işləməyən yaralanmaları, beyin qişası mühafizə olunmaqla, onun xarici yumşaq toxumalarının və kəllə sümüklərinin zədələnmələri şəklində təsadüf edilir.
Qapalı beyin travmaları beyinin silkələnməsi , əzilməsi - kontuziyalar və qarışıq formalara bölünür.
Kombusiyaları kontuziyalardan fərqləndirmək həmişə asan deyil, lakin unutmamalıyıq ki kontuziyalar yaralanma nahiyəsindən asılı olaraq bir sıra ümumi beyin əlamətləri ilə müşayiət edilir. Onlardan düşüncənin itməsi, qavrama qabilityətinin pozulması, hissəvi iflic, parakinezləri və s. Qeyd etmək olar. Göstərilən əlamətlərin şiddəti, travmanın ağırlığından , lokalizasiyasından , müddətindən , ağırlaşmalardan və s. səbəblərdən asılıdır.
Beyin travmalarını başlanğıc, kəskin , gec və uzaq mərhələlərə bölmək qəbul olunmuşdur.
Beyin silkələnməsi əksər hallarda düşüncənin itməsi ilə müşayiət edilir. Bəzən isə düşüncənin daha yüngül pozuntuları, keyləşməsi və spor halları rast gəlinir. Düşüncənin pozulması əamətləri bir neçə dəqiqədən bir neçə günə qədər davam edə bilər. Düşüncənin dərin pozuntusu zamanı xəstə hərəkətsiz vəziyyətdə olur. Sifəti avazlıyır, sonra göyərir, bəbəklər genişlənir, işığa qarşı reaksiyası olmur. Hissiyatın bütün növləri itir. Nəbz yavaşıyır, tənəffüsün aktı pozulur, sfinkterlər boşalır. Belə bir vəziyyət xəstənin uzun müddət davam etməsi travmanın ağırlığını göstərir.
Xəstənin düşüncəsinin aydınlaşması ilə travmanın birinci mərhələsi qurtarır və ikinci kəskin mərhələ başlıyır. Bu mərhələnin xarakter əlamətləri asteniya, süstlük, yorğunluq, hərəkətin adinamiyası, başda küt ağrılar və başgicəllənmə, vegetativ , vazomator və vestibulyar pozuntaların olmasıdır. Göstərilənlərə yanaşı bir sıra nevroloji əlamətlər də, məsələn , bəbəyin işığa qarşı reaksiyanın , konvergensiyanın zəifləməsi, işığa, səsə qarşı kəskin qıcıqlanma reaksiyaları, kəllədaxili təzyiqin artması müşahidə edilir. Tez-tez rast gəlinən psixi pozuntulardan yaddaşın , təfəkkürün və diqqətin zəifləməsi, affektiv fonun enməsini göstərmək olar. Bu dövr 3 həftədən 8 həftəyədək davam edə bilər. Beyin silkələnməsinin gecikmiş və uzun müddət keçdikdən sonra rast gəlinən əlamətləri, adətən , yaşlı şəxslərdə hər hansı bir zərərli amillərlə: alkoqol intoksikasiyası, infeksiyalarla əlaqədar olaraq meydana çıxır. 
Kontuziya zamanı başlanğıc zamanı mərhələ beyin silkələnməsində olduğu kimi düşüncənin itməsi, qan dövranı və tənəffüsün pozuntuları ilə cərəyan edir. Ümumi beyin əlamətlərinin üstünlük təşkil etməsinə baxmayaraq zədənin nahiyəsindən və həcmindən asılı olaraq erkən mərhələdə bir sıra lokal əlamətlər nəzərə çarpır. Hərəki pozuntular: iflic, bir və ikitərəfli parezlər taktil hissiyatın pozuntusu , görmə və və eşitmə pozuntuları, meningial əlamətlər, ənsə və boyun əzələlərinin gərginliyi, Kerniq simptomu, ocaqlı qabıq pozuntuları, afaziya, apraksiya,ataksiya, yaddaş pozuntuları müşahidə oluna bilər.
Kəllə travmalarının ağır nəticələrinə, beyin maddəsinə olan qansızmalar aiddir. Qansızmalara əksər hallarda kəllə sümüklərinin çatlaması və sınması zamanı baş verir. Bir sıra hallarda qansızmalara travmadan xeyli müddət keçdikdən sonra, hətta xəstənin ümumi vəziyyətinin yaxşılaşdığı dövrdə meydana çıxır. Bu zaman xəstənin vəziyyətinin yenidən ağırlaşması: kəllənin müvafiq nahiyələrində mərkəzəşən kəskin başağrıları, üşütmə, əsnəmə düşüncənin keyləşməsi kimi əlamətlər qeyd olunur. Nəbz sürətlənir, arterial və kəllədaxili təzyiq artır, haram ilik mayesində qan aşkar edilir.

Kontuziyalar   lokalizasiyasında    asılı olaraq  aşğadıkaı  əlamətlərlə  diqqəti   cəlb  edir:

1. Alın  əlamətləri: eyforiya , təlxəklik, apoto-abulik  sindrom , diqqətin , yaddaşın  zəifləməsi , davranışın   dəyişməsi , əsəbilik , tənqidin  enməsi . Alın  payının   arxa  hissələri  zədəyə  məruz  qalarsa  motor  afaziyası , hərəkətlərin  səlistliyinin   pozulması  kimi  əlamətlər də  qeyd  olunur.

2. Aşağı  gicgah   və  gicgah - ənsə  əlamətləri  : apraksiya, amnestik   afaziya , nitq  qabiliyyətinin  pozulması,  aqrafiya,  bədən quruluşunun  və  xarici  mühütdə  yerləşən    əşyaların  ölçüsünün   və  yerinin yalnış  qavranılması - depersonalizasiya   və  derealizasiya

3. Gicgah  əlamətləri :  eşitmə ,  dad    və  qoxu  bilmənin  pozulması - sensor  afaziya , epileptik  cəngolma  tutmaları da  ola  bilər.

4. Mərkəzi  qırışlar  əlaməti - müxtəlif  parez  və  ifliclər. Yerli  və  ya  generalizə  olunmuş  cəngolma  tutmaları,  dəri  hissiyatının  pozulması,  düşüncənin  alaqaranlıq  şəklidə  pozulması.

5. Böyük  yarım kürələrin  yuxarı  səthinin  zədələnməsi  əlamətləri : Lokal  alın- gicgah,  sindromları  ilə  yanaşı  kobud  ağıl  zəifliyi.

6. Ənsə əlamətləri - əşyaların rənginin, ölçüsünün,quruluşunun , sayının və bir çox hallarda görmə qabiliyyətinin  pozulması

7. Beyinciyin zədələnməsi əlamətləri - müvazinətin, yerişin pozulması,sözlərin və nitqin təkrarlanması

8. Qabıqaltı bazal və beyin sütunu əlamətləri  - əsas etibarilə kəllə əsasının sınıqlarında rast gəlninir. Bu  zaman  parkinsonizm  halları  qoxu  bilmənin , dad  bilmənin  pozulması,  vestibulyar, vegetativ  damar  sisteminə   aid  əlamətlər  müşahidə  olunur. Kontuziyalarda  bir  qayda  olaraq  kobud, nevroloji  əlamətlər,  o  cümlədən   görmə  sinirinə  aid  simptomlar  qeyd  olunur.

Kəskin  mərhələdə  travmatik  psixozların  inkişafı  mümkündür. Travmanın  müddəti  uzaqlaşdıqca  beyin  əlamətləri  tədricən  bərpa  olunmağa  başlıyır. Qansızmlar  və  ödem  sorulur. Mərkəzi  sinir  sisteminin  funksiyası  bərpa  olunur. Həmin  dövrdə  geri  dönməz  çapıq  əlamətləri    də  müşahidə  oluna  bilər  ki, bu da  epilepsiya  tutmalarına səbəb  olur. Ağır  kəllə  beyin  travmalarının  uzaq  nəticələri  bir  sıra  rezidual  (qalıq)  əlamətləri  verir ki  bunlardan  travmatik  ensefalopatiyanın , epilepsiyanın  və  kobud  ağıl  zəifliyini  qeyd  etmək  olar.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!