Tibbi Ensiklopediya


Oliqofreniya

1498

Psixi xəstəliklərdən biri olan oligofreniya - kəmağıllıq qəddim dövrlərdən məlumdur ( oligo yunanca-  az, frenicos - ağıl  idrak  deməkdir) .

ÜST - ün  məlumatlarına  görə  oligofreniyaya  tutulma    dünyanın  bütün ölkələrində   1-3%  təşkil  edir. Qadınlara  nisbətən  kişilər  arasında  1,5  dəfə  çox  təsadüf  edilir.

1992  ilə  qədər oliqofreniyanın  praktikada   3 dərəcəyə  bölmək ( debillik, imbesillik,idotiya) qəbul  olunsada, bu  bölgü  sonradan   dəyişdirildi.

XBT -X  baxışına  əsasən  kəmağıllıq 4 dərəcə  üzvi  təşkil  edir : yüngül, orta, ağır , dərin.

Yüngül  dərəcə  anadangəlmə  kəm ağılılığın  ən  geniş yayılmış  formasıdır. Azərbaycan  ərazisində  bu  formaya  81-92 %  hallarda    rast  gəlinir.  Belə  uşaqlarda  nitq  qabiliyyəti  bir  qədər  zəif  olsada  yüngül  proqram  əsasında  tərtib  edilmiş  yeni biliklərin  mənimsənilməsi  mürəkkəb  olmayan  əmək  vərdişlərinə  alışma  pis  olmur.  Adi  məktəblərdə  çətinliklə  oxuyan  şagirdlər  dərs  proqamı yüngül, yardımcı  məktəblərdə  müvəffəqiyyətlə  oxuya  bilirlər.

Orta  dərəcə   olqeferiyanın  bu  forması   bir  sıra  xüsusiyyətləri  ilə  fərqlənir.  Belə  adamlar, çox  sadə ,  konkret  təfəkkür  formasına  malik  olur. Mürəkkəb  suallara  cavab  tapmırlar. Nitq  qabiliyyəti  söz  ehtiyatı  məhdud  olur.  Belə ki bəzən  sadə  hesablama  əməliyyatlarını  həll edə  bilmirlər.  Onlar  üçün  hətta  yardımçı  məktəblərdə  təhsil  almaq  çətinlik  törədir. Özlərinə   xidmət  göstərə  bilir, sadə  əmək  vərdşlərinə  alışırlar.

Ağır  dərəcə  kəmağıllılığın  nisbətən az  yayılmış  forması  olub, niqt  və  təfəkkürün  inkişafdan  qalması  ilə  təzahür  olur.  Xarici  qıcıqlara  qarşı  reaksiyaları  zəif  olub  məqsədə  uyğun  olmur. Emosional  reaksiyalar  isə yalnız instiklər  ətrafında  toplanır.Əksər  hallarda   özlərinə  xidmət  edə  bilmədiklərindən  natəmiz, pinti  görünürlər. Daim  nəzərətə  və  yardıma  ehtiyacları  olur. Xarici  görünüşcə  onlar  adətən  sakit  görünür. Lakin  bəzən   oturduqları  yerdə  narahat  olur (bədənlərini  yırğalamaq  qolları  ayaqları  ilə  kəskin  hərəkətlər  etmək) hətta aqresiv  hərəkətlər : başqasına hücum  etmək, cırmaqlamaq, dişləmək, özünə  zərbə  endirmək, və s. edirlər.

Dərin  kəmağıllıq  belə    uşaqların  əqli  qabiliyyəti  bəzən  iki  üç   yaş  səviyyəsinə  belə  çatmır  ətrafdakılarla elementar  ünsiyyətə  girmək , özünə  xidmət  etmək  qabiliyyəti  olduqca  məhdud  olur  və  ya  heç  olmur. Belə  uşaqlar  adi  gigiyena  qaydalarına belə  nəzarət edə  bilmədiklərinə  görə  daima  natəmiz  olurlar. Bir  çoxlarında  isə qeyri-ixtiyari  defekasiya  və  sidik  buraxma qeyd  olunur.

Oliqofreniyanın  etioloji  təsnifatını aşağıdakı  formalara  bölmək  münasibdir.

1 Endogen (irsi ) mənşəli  formaları.

2. Ekzogen  mənşəli  formaları.

3.  Qarışıq  formaları.

Endogen  irsi  mənşəyi  oliqofreniyalar .

Bu  formalara  daxil olan ağıl kəmliyi  özü də 4 qrupa bölünür.

1) xromosom aberrasiyaalrı ilə əlaqədar  olan formalar ( Daun xəstəliyi,Şereşevski terner sindromu,Klaynfelter sindromu,Trisomiya,XYY sindromu və s.)

2) Verilmə tipi məlum olmayan irsi sindromlar (Vilyams boyren sidnromu,De Lange sindromu,Rubinsteyn Teybi sidnromu)

3) Müxtılif anadangəlmə eybəcərliklərlə təzahür edən monogen irsi formalar  (Urllix,Martin - Bell sindromu)

4) İrsi metobolizm qüsurları ilə əlaqədar olan formalar ( fenilpiroüzüm, hemosistinuriya zamanı ) və mukopilisaxaridlərin - qlükozaaminqlikogenlərin mübadiləsinin pozulması ilə əlaqədar yaranan ologofreniya (qarqolizm və ya Qurler xəstəliyi,hanter sindromu ,Sanfilippo xəstəliyi )

Ekzogen mənşəli oligofreniyalar

Bu qrupa aid edilən ağıl zəifliyi əsasən körpə vaxtı alınan travmaları , o cümlədən doğuş travmalarını ,ana bətnində və ya erkən uşaqlıqda keçirilən  infeksion xəstəliklər , intoksikasiyalar,doğuş zamanı baş verən hipoksiya nəticəsində ortaya çıxır.Bu qrupa hidrosefaliya, rubeolyar oligofreniya,toksoplazmoz nəticəsində,anadangəlmə sifilis nəticəsində,listeriozla əlaqədar,hemolitik xəstəlik nəticəsində, doğuş zamanı  yaranan oligofreniyalar, dölün alkoqol sindromu aiddir

Qarışıq formalı oligofreniyanın əsasında həm ekzogen həm endogen amillərin rolu var.Bu qrupa mikrosefaliya, kraniostenoz,kretinizm aiddir.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!