Tibbi Ensiklopediya


Ağızın selikli qişasının şişləri

1879

Ağız  boşluğunun  və ağız  udlağın  selikli  qişasının  şişləri  insanda  görülən  şişlərinin  1,5% təşkil  edir. Yaşlı  kişilərdə   qadınlardan  4  dəfə  çox  görülür.

Əmələ  gəlmə  səbəbləri:  Təcrübələr   göstərir ki,  toxumalarda patoloji  dəyişikliklər  zamanı  inkişaf edir. Çox  zaman  müxtəlif  etiologiyalı  iltihabi   proseslər  və   xərçəngönü  proses  hesab  olunan  diskeratozlar  zamanı  görülür. Ağız  boşluğunun   patoloji   proseslərinin  inkişafında  zərərli  vərdişlər siqaret, spirtli  içkilər, betel  yarpağı  çeynəmək (hindilər) sınmış  diş  tacının ,plombun,  protezlərin davamlı  selikli  qişaya travmaları  rol oynayır. Şiş  önü  prosesin inkişafında   qidalanmanın  xarakteri  də əhəmiyyətli   yer  tutur. Orqanizmdə  A vitamini çatışmazlığı , həll  olunmasının, sorulmanın  pozulması, həddən  artıq  kəskin   və qaynar qidaların  daimi  qəbul  olunması da  patoloji  prosesin  inkişafına  dəstək  olur.

Simptomlar: Ağız  boşluğu  şişinin  inkişaf  şişlərin   inkişafı  3  fazaya  ayırmaq  olar: Başlanğıc, inkişaf   və  baxımsızlıq  dövrü.

Başlanğıc  dövr : Ağız  boşluğuna  baxış  zamanı  müxtəlif  dəyişikliklər  selikli -qişanın, toxumanın  bərkiməsi, səthi  yaralar, papilyar yenitörəmələr, ağ  ləkələr  təyin  olunur. Xəstəni həkimə  müraciət  etməyə  məcbur  edən ağrılar 25% halda  başlanğıc  dövrdə  müşahidə  edilir. 50% halda  ağrının  angina  və  diş  ağrıları  hesab  edirlər ,xüsusən  də ağrı  ağız  boşluğunun  arxa  yarısında  və  çənəni  alveollarında  yerləşirsə.

Başlanğıc  dövrdə 3 anotomik  forma ayırd edilir. yaralı, düyünlü  və papilyar. Yaralı  forma  nisbətən  tez-tez   müşahidə  olunur. Təxminən  xəstələrin  50%-də  yaranın  ölçüləri  gec  böyüyür, qalanlarda  isə  sürətlə  böyümə  görülür. Yaraların kiçilməsi   üçün  konservativ   müalicə   aparılmır  2  forma  üçün  də demək  olar. Düyünlü  forma  selikli  qişada  bərkimə, ağ  ləkələr  və ya  toxumalarda  sərtləşmə ilə  təzahür edir. Sakitləşmiş  sahələr  kəskin sərhədlərə  malikdir və yaralı  formadan  daha  tez  inkişaf  edir.

Papilyar  forma  üçün  selikli  qişada  sıx   papillaların   əmələ  gəlməsi  xarakterikdir. Onlar  sürətlə  inkişaf  edir.

İnkişaf  dövrü: Çoxlu simptomlar  ortaya  çıxır. Hər  şeydən  demək  olar ki  bütün xəstələri müxtəlif intensivlikdə ağrı  narahat  edir. Bəzən  isə hətta  böyük ölçülü şişlərdə  belə  ağrı olmur. Ağrı əzabverici, lokal  xarakterlidir, başın  hansısa  bir  sahəsinə  irradiyasiya edilir ( çox  zaman qulağa  və almacıq  nahiyəyə ). Xəstələrin çoxunda  qıcıqlanma  nəticəsində salivasiya güclənir. Tipik  simptom ağızdan üfunətli  iyin  gəlməsidir.

İnkişaf   dövründə  şişin  iki anotomik forması  ayırd olunur.

1 Ekzofit forma - papilyar   göbələyəbənzər  formada inkişaf edir,səthidir.

2 Endofit forma - yaralı  infiltrativ  formadır, yara dərinlərə  nüfuz edir, orqanı  diffuz  zədələyir.1-ci  formaya  nisbətən   daha  bəd  xassəlidir.

Baxımsız   dövr: Şiş  bu  dövrə  qədər aşkarlanıb   müalicə  olunmadıqda  daha  ağır  hal  alır. Sürətlə  yayılır, ətraf  toxumaları dağıdır. Aqresiv  və bədxassəli  gedişlidir.

Ümumiyyətlə  qeyd etmək  lazımdır ki, ağız  boşluğun  arxa  divarın  şişləri  ön  tərəfə  nisbətən  daha  bəd gedişlidir.

Dilin  bədxassəli şişi:  Çox  zaman orta 1/3də yan  tərəflərdə 62-70% və dil  kökündə inkişaf  edir. Kifayət qədər  az  hallarda dilin  aşağı  səthində, bəzən  dorzal səthdə (7%) və  dilin ucunda (3%) inkişaf edir. Dil  kökünün  şişləri  20-40% hallarda  müşahidə  olunur.

Ağız  boşluğunun  dibinin  şişi:  Ağız  boşluğunun  səthi  hüceyrəli  şişlərinin  20% təşkil  edir, onlar  təxminən  3% kiçik  ağız suyu  vəzlərin  adenokarsinomlarıdır. Çox  zaman  ağız  boşluğun   dibinin  şişləri dilin, damağın, alt  çənənin, çənəaltı ağz  suyu  vəzlərinin  şişlərində  II - li  olaraq infiltratlaşma  nəticəsində ortaya  çıxır. Başlanğıc  etapda  həkimə  müraciət  halı kifayət  qədər  nadir  görülür. Çox  zaman  II-li  ağırlaşmalar  və ağrı  zamanı  xəstələr  həkimə müraciət  edir. Bu dövrdə isə  hər  üç  xəstədən  birində   metastazlar  təyin  olunur.

Yanağın   selikli  qişasının şişi: Histoloji  mənzərə  dilin və ağız  boşluğunun dibinin  şişində  olduğu  kimidir. Çox  vaxt  yanağın  selikli  qişasının   şişləri  damaq badamcıqları, dodaqlar  və  dərinin  şişlərində II-li  olaraq ortaya  çıxır. Xəstənin həkimə  ilk  müraciəti  zamanı  metastazlar  nadirən aşkar  olunur.

Damağın  selikli  qişanın  şişi:  Sərt damaqda çox  vaxt kiçik  ağız suyu  vəzilərindən inkişaf  edən   bədxassəli şişlər inkişaf  edir (adenokistoz karsinoma - silindroma , adenokarsinoma).  Az  hallarda qarışıq şişlər  aşkar   olunur.  Sərt  damaqda  yastı  hüceyrəli  şiş  nadir  görülür. Yastı hüceyrəli   şiş  kifayət  qədər  sürətlə  inkişaf edir, yaralar  əmələ  gəlir, xoşagəlməz  hissiyat  və  ağrı əmələ  gətirir.

Kiçik  ağız  suyu  vəzlərindən   inkişaf  edən  yeni  törəmələr  uzun müddət   inkapsulyasiya  vəziyyətində  qalır. Belə  xəstələrdə ilk   və  əsas  şikayət  sərt  damaqda şişin  olmasıdır. Şişin   ölçüsü  böyüdükcə  selikli  qişaya  etdiyi  təzyiq artır, yaralar, infiltrasiya  və  ağrılar  ortaya  çıxır.

Çənənin  alveolyar  kənarının  selikli  qişasının  şişləri: Demək  olar ki,  həmişə yastı  hüceyrəli  xərçəng   quruluşundadır.

Dişlər prosesə  tez  cəlb  olunur  və  dişağrıları  ortaya  çıxır. Xəstələr bunun sadəcə diş ağrısı  bilib  dişlərini  çəkdirirlər. Nəticədə  şiş prosesi   diş  çuxuruna  və sümüyə  nüfuz  edir. Başlanğıc  dövrdə şiş  lokaldır  və  toxunduqda qanayır. Diş  ətinin şişləri  yanağa  ,  damağa, ağız  boşluğunun  dibində yayılır. Regionar metastazlar erkən  və hər üç  xəstədən  birində təyin  olunur.

Diaqnoz:  Sitoloji  və  rentgenoloji  metodla diaqnoz  qoyulur.

Müalicə:   I mərhələdə  yerli  ocaq müalicə  edilir. Şüa, kombinə olunmuş, cərrahi  terapiya.

II mərhələdə  metastazlara  təsir  edilir.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!