Tibbi Ensiklopediya


Qırmızı qurd eşənəyi

1534

Qurdeşənəyi, (Urticaria) ətrafı qızarıqlıqla çevrəli, ortası ağımtıl, böyüklüyü bir neçə millimetrdən bir neçə santimetrə qədər dəyişən, müxtəlif şəkillərdə ola bilən, qaşıntılı  şişli (şiş ) vallardır. Xalq arasında “qurdeşənəyi” və ya “dabaz” olaraq adlandırılar. Dabaz deyilməsinin səbəbi gicitkən otu dalamış kimi dərinin qızarıb qabarmasındandır. Qurdeşənəyi eyni gicitkən dalamış kimi qaşıntı edər. Dodaqlarda, göz qapaqlarında, genital bölgədə ya da bədənin hər hansı bir yerində şiş (şişlik) şəklində ortaya çıxan şəklinə isə angioödem adı verilir. Bədəndə əvvəl qaşıntı sonra qabarcıqlar meydana gəlir və 5-20 dəqiqə sonra yox olur. Və sonra başqa yerdə yenidən ortaya çıxır. Bəzən də qabarcıqlar toplu halda bir yerdə  meydana gəlir. Bəzən günlərlə sürdüyü kimi , bir neçə gün sonra birdən də itə bilər. Əgər qurdeşənəyi 6 həftədən çox sürsə xroniki bir narahatlıqdan danışa bilərik. Narahatlıq 6 həftədən uzun sürsə çox detallı diaqnozlar edilməlidir.Əvvəlcə xəstənin nə üçün, nə vaxt və necə xəstələndiyi araşdırılmalıdır.

Qurdeşənəyinin Yaranma səbəbləri

1.    Dərman preparatları

2.    Insolyasiya

3.    Ocaqlı infeksiya

4.    Viruslar

5.    Genetik faktor

Qurdeşənəyində allergenlər (allergiyaya səbəb olan faktorlar) və psevdoallergenlər (saxta allergenlər) ana faktorlardır. Allergenlərə qida maddələri, dərmanlar, çiçək tozları (polen), un və.s saya bilərik. Qida maddələrindən-kərəviz, incə qabıqlı meyvələr, fındıq, qoz və.s. ,dərmanlardan özəliklə də pensilin, çiçək tozu (polen) və unla təmas allergiyaya təkan verir. Psevdoallergenlərə nümunə olaraq qida maddələrindən çiyələk, yemək yağları və .s , dərmanlardan - rentgendə istifadə  olunan maddələri saya bilərik.

Allergenlər: Allergenler birbaşa olaraq immunglobulin E (İgE) nisbətinə təsir edir, bu səbəblə diaqnozu asandır. Psevdoallergenlər isə İgE nisbətinə  təsir etməz. Bu səbəblə də başa düşülməsi çətindir. Səbəbi fərqli olsa da ortaya çıxışı eynidir. Siqaret, stres və hər cür infeksiya təkanvericidir. Sarılıq, bağırsaq bakteriya və göbələkləri, mədədəki helikobakter pylori qurdeşənəyinə səbəb ola bilər. Bağırsaq bakteriya və göbələklərinin və ya halikobakter pylorinin çıxarmış olduğu toksik maddələr bağırsaqlar tərəfindən absorbə edilir. Qana keçən toksik maddələr dəridə qurdeşənəyinə səbəb olur. Yaz aylarında tərləmə səbəbiylə dəridəki toksik maddələr çölə atılır. Payız və qış aylarında isə tərləmə olmadığından toksik maddələr dəri içində qalar və qurdeşənəyi təkrar ortaya çıxar.

Klinik  əlamətlər :

1.    Kəskin oynaq ağrıları(falanqalararası,mil-dirsək,diz,aşıq-daban)

2.    Dərinin zədələnməsi: burunda,yanaqlarda eritematoz-skvamatoz ocaqlar,falanqalarda ödemlər

3.    Tük tökülməsi

4.    Dırnaqların tez qırılması

5.    Döş sümüyünün arxasında ağrı

6.    Tənginəfəslik

7.    Quru öskürək

8.    Qaraciyər ,dalaq böyüyür

9.    Epilepsiyaya bənzər qıcolmalar

10.  Psixi pozuntular

11.  Arıqlama

12.  Zəiflik

13.  Tez yorulma

14.  Qızdırma

 Diaqnozun təstiqlənməsi üçün İmmunglobulin E-nin təyini, Lupus test , LE huceyrələrin tədqiqi vacibdir.

 Müalicə

1.    Qlukokortikoidlər

2.    Immuno-depressantlar

3.    Sitostatik perparatlar

4.    Salisatlar

5.    Pirazolon preparatları

6.    Indometasin.

Uyğun analiz 1

Uyğun analiz 2

Uyğun analiz 3

Uyğun analiz 4



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!