Tibbi Ensiklopediya


Böyrək çatışmazlığı

1367

Böyrəyin əsas funksiyaları  ( mübadilənin son   məhsulların   xaric olunması, su - duz, turşu qələvi  müvazinətinin  davamlılığın təmini ) aşağıdakı   proseslərlə  həyata keçirilir : böyrək  qan   təchizatı, kanalcıq və yumaqcıq filtirasiyası. Bu proseslərin hər hansı  biri pozulması    böyrək  funksiyasının ağır  pozulması, böyrək çatışmazlığına  gətirib  çıxarır. 

Böyrək  çatışmamazlığı - böyrək proseslərinin ağır  pozulmaları  nəticəsində  inkişaf edir,  hemostazın  pozulmasına  gətirib  çıxarır  və  azotemiya  ,su-elektrik  tərkibinin  və  orqanizmin   turşu  qələvi   müvazinətinin   pozulması  ilə  xarakterizə  olunur.

Kəskin  böyrək  çatışmamazlığı  kəskin  ,çox  zaman  böyrək   geri  dönən  patologiyalar  nəticəsində , qəfil  meydana  çıxır.

Xroniki  böyrək  çatışmamazlığı  tədricən   və böyrək  parenxemasının   proqresivləşən   geri dönməz   zədələnmələri  nəticəsində   formalaşır.

Kəskin  böyrək   çatışmazlığı:

Etiologiyası: Patogenezi :  Səbəbləri  müxtəlifdir.

 1) Böyrəyin hemodinamikasının  pozulması ( şok , kollaps) .

2)Ekzogen  intoksiya ( zəhərlər, zəhərli  ilanların və  həşaratların  sancmaları, dərman  preparatları).

 3) İnfeksion   xəstəliklər (  hemoragik qızdırma, leptospiroz).

4) Kəskin  böyrək  çatışmazlığı  (  kəskin  qlomerulenefrit, kəskin pielonefrit).

 5)  Sidik  yollarının  obstuksiyası. 

6) Böyrəyin  travması  və ya birinin   cərrahi  götürülməsi. 

Böyrək hemodinamikasının  pozulması  kəskin böyrək  çatışmazlığının  90% təşkil edir.  Kəskin  böyrək  çatışmazlığının  bu formalarında  kanalcıq  epitelinin  nekrozu , intersitsial  toxumanın   hüceyrə   infiltrasiyası  və ödemi, böyrək  kapilyarının  zədələnməsi, nekrotik nefroz  inkişaf  edir.  Çox  hallarda  dəyişikliklər  geri  dönəndir.

Simptomlar.  Klinik gedişi:  Kəskin  böyrək  çatışmazlığı  başlanğıc dövrü   şokla  bağlı ( ağrı, anfilaktık, bakterial) simptomla, hemoliz  , infeksiya  ilə  kəskin    zəhərlənmə , ilk  sutkadan  diurezin azalması ( 500  ml dən az) oliqouriya,  anuriya  ortaya  çıxır, hemostaz  pozulur.  Qan plazmasında  kreatinin , sidik  cövhəri , qalıq  azotun, sulfatlar, Mg,Ca   konsertrasiyası  yüksəlir. Na, Cl,Ca  azalır  humoral  pozulmaların  toplusu  kəskin  uremiya  simptomların  inkişaf  etməsinə  gətirib çıxarır. Adinamiya , iştahın itməsi, mədə bulanması , qusma  , ilk  günlərdə  oligouriya, anuriya  müşahidə  olunur.  Azotemiya,asidoz,artması   hiperhidrasiya  elektrolitik  pozulmalar  zamanı  əzələ dartınması , yuxululuq, şüurun  tormozlanması, asidoz  və ağciyər ödemi  səbəbindən  tənginəfəslik  meydana  çıxır. Taxikardiya  ürək sərhədinin   böyüməsi  karlaşmış  tonlar  zirvədə   sistolik  küy, bəzən  perikardın  sürtünmə  küyü  xarakterikdir. Xəstələrin bəzilərində  arterial  hipertenziya qeyd olunur.  Ritmin  pozulması  hiperkaliemiya ilə əlaqədar  ola  bilir. Xüsusi  ilə  təhlükəlidir  və qəfləti  ölümün   səbəbi ola  bilər. Hiperkaliemiya  zamanı  EKQ- də   yüksək T dişi  genişlənmiş  QRS  kompleksi, R   dişinin   düşməsi  aşkar   olunur.Ürəyin blokadası  , mədəciklərin  fibrilyası  ürəyin   dayanması   ilə nəticələnə  bilər. Anemiya  kəskin böyrək  çatışmamazlığı bütün  dövrlərində  saxlanır,leykositoz  oliqouiriya, anuriya  dövrü  üçün xarakterikdir. Qarında ağrılar,qaraciyərin  böyüməsi, kəskin uremiya simptomlarıdır. Kəskin  böyrək  çatışmazlığı  zamanı ölümə  uremik  koma  səbəb  olur. Kəskin   böyrək  çatışmazlığı  zaman  ən  başlanğıcında hipoizosteniuriya  aşkar olunur.  Sidikdə zülal   və sidik  çöküntüləri  kəskin  böyrək  çatışmamazlığı   səbəbindən  asılı  olur. Diurezin   sutkada  500ml dən  çox  olması   bərpa  dövrün   göstərir. Birdən -birə deyil , tədricən   klinik  yaxşılaşma  müşahidə  olunur. Azotemiya  azalır. Hemostaz  bərpa   olunur.  Poliuriya  müşahidə   olunduğu  dövrdə  hiperkaliemiya,  EKQ dəyişikliklər ( T dişinin  voltajının   azalması  ST  segmentinin düşməsi, U dalğası) və  ekstrasistoliya  aşkar  olunur. Zaman   keçdikdə  qanda  qalıq azot  miqdarı   normallaşır, bərpa dövrünə  keçir. Bu   dövrdə   böyrək  prosesləri  bərpa  olnur. Bu dövr 1 il  və daha  çox   çəkə  bilər. Xəstənin bu  qismi yumaqcıq  filtirasiyası  zəifləməsi qalır, bir qismində   isə   xəstələrin   xronik gediş  alır  .

Diaqnoz:   Əsasən  diurezin  azalması , azotemiyanın  yüksəlməsi  və başqa hemostazın  pozulması  əlamətlərin   meydana  çıxması  ilə  qoyulur.

Müalicə: Medikamentoz  terapiya  təyin  olunur.   Şok  əleyhinə ,bakteriya eleyhinə,diuretik  və digər preparatlar  tətbiq  olunur. 

 Xroniki  böyrək  çatışmazlığı .

Etiologiyası. Patogenezi: Xroniki böyrək  çatışmamazlığı  nisbətən  tez-tez  müşahidə olunan  səbəbini  xroniki qlomerulonefrit,xroniki pielonefrit,sistem  xəstəlikləri  ilə  meydana  çıxan  nefrit,irsi nefritlər,böyrəyin polikistozu  , nefroangioskeleroz, diabetik  qlomerulosklerozu, böyrəyin  amilodozu  və s. uroloji  xəstəliklərdir. Xroniki  böyrək  çatışmamazlığı  əsas  patogenetik  mexanizmi  fəaliyyət olan  nefronların  proqresiv  şəklində  azalmasıdır ki, bu da böyrək  proseslərin  effektivliyinin  azalmasına, sonralar isə  funksiyasının pozulmasına  gətirib çıxarır. Böyrəklərin  morfoloji  mənzərəsi   əsas  xəstəlikdən asılıdır. Lakin  çox  zaman  parenximasının  birləşdirici   toxuma  ilə  əvəz olunması  və  böyrək büzüşməsi  müşahidə olunur. 

Böyrəyin   xroniki   xəstəliyi 2-10  il  və  daha  çox  davam edə  bilər. Yumaqcıq  filtrasiyası   və kanalcıq  reabsorbiyası  normal  səviyyədə    saxlandıqda   xəstəlik   hələ   böyrək  proseslərin  pozulmadığı  mərhələdə olur. Zaman  keçdikcə  yumaqcıq  filtirasiya  normadan   aşağı  düşmür,böyrəyin  sidiyi cəmləşdirmənin  funkiyası  pozulur. Xəstəlik   böyrək proseslərinin  pozulduğu mərhələyə keçir. Bu dövrdə hemostaz  hələ də  saxlanmış  vəziyyətdədir.Böyrək çatışmamazlığı  hələ  inkişaf etməyib,fəaliyyətdə  olan  nefronların  sayı və yumaqcıq  filtirasiyası  sürətlə azalır (50 ml/dəq) qan plazmasında  kreatinin və  sidik  cövhəri  konsentrasiyası   yüksəlir. Bu mərhələdə   konservativ  müailicə  tələb olunur.Filtirasiya  sürətin  10 ml/dəqiqədən  aşağı  düşməsi ,azotemiya  və  hemostaz  digər  pozulmaları durmadan artır. Müalicəyə   baxmayaraq  xroniki  böyrək  çatışmazlığı terminal  stadiyası  başlanır. Bu  zaman   dializ  vacibdir.  Xroniki  böyrək çatışmazlığı  tədricən  inkişafı  zaman  hemostaz  yavaş-yavaş dəyişilir.Qanda  yalnız  kreatin  və sidik  cövhəri  deyil , quanidin  , sulfatlar,fosfatlar  və   digər  metobalitlər  konsentrasiyası  yüksəlir.  Daim  müşahidə   hipokalsemiya  D vitamini  mübadiləsi  və Ca  bağırsaqdan  sorulmasının  pozulması  ilə   əlaqədardır. Poliuriya  hipokalilemiyaya  gətirib   çıxarır.  Tez-tez  metobalik  asidoz  müşahidə   olunur. Terminal  mərhələdə  (xüsusən  də   oliqouriya  inkişaf   etdiyi  zaman ) azotemiya  sürətlə  artır, asidoz ağrılaşması, hiperhidratasiya  artır, hiponatremiya, hiperxloremiya, hipermanganemiya  və həyatı üçün   xüsusi    təhlükəli  ola   hiperkaliemiya  meydana  çıxır. Humoral  pozulmalar  toplusu  xroniki  uremiya  simptomlarına   səbəb  olur

Simptomlar.Klinik gedişi : Xəstələr  tez  yorulmadan, iş qabiliyyətinin  azalması,  baş ağrısı ,  iştahın  itməsindən   şikayət  edir.  Bəzən  ağızda  xoşagəlməz  dad,bulantı  və qusma  qeyd  olunur. Xəstə solğundur, dəri  quru  süstdür. Əzələlər  tonusunu  itirir  ,səyrimə   və əl barmaqlarının  tremoru  nəzərə  çarpır. Bəzən  sümük  və onurğada  ağrılar  olur. Anemiya, leykositoz  inkişaf  edir. Çox  zaman  arterial   hipertenziya  əmələ  gəlir ( böyrək  patologiyası  ilə  əlaqədardır)  Ürək   sərhədləri  genişlənir, tonlar  korlaşır. EKQ-də   dəyişiklik  təyin olunmur. Bu  mərhələ  1  neçə  il  davam edir. Konsevativ  müalicə  hemostazı  və  ümumi   vəziyyəti  tənzimləməyə  imkan  yaradır. Lakin  işləmək fiziki  yükün  artması , psixi  gərginlik pəhrizdə  yanlışlar, infeksiyalar,  cərrahi  əməliyyatlar  böyrək   funksiyası   pisləşməsinə  və uremik  simptomlar  kəskinləşə bilər. Yumaqcıq filtrasiyası 10 ml dəq  düşməsi  halında  hemostazın  konservativ  korreksiyası  mümkün deyil. Xroniki  böyrək  çatışmamazlığı  bu terminal   mərhələsi  üçün  emosional   labillik ( apatiya və qıcıqlanmanın  növbələşməsi)  ,gecə   yuxusunun  pozulması, gündüz  yuxululuq, tormozlanma  və qeyri adekvat  davranışlarla  təzahür edir.  Üz  şişkin, sarı boz rəngdədir, dəridə   qaşıntılı, cızılma  izləri  var, saçlar  kövrək   və cansızdır. Distrofiya,hipotermiya  xarakterikdir.  İştah yoxdur, səs xırıltılıdır , ağızda ammonyak  iyi   hiss  olunur.  Stomaitit əmələ  gələ  bilər. Qarında  şişkinlik  təkrari  qusmalar  müşahidə  olunur. Bəzən  pis  qoxulu,tünd rəngli  ishal  rast gəlinir. Anemiya , hemoragik sindrom   əmələ gəlir,  əzələ  səyriməsi  tezləşir  və  əzabverici  hal alır. Uremiya  uzun müddət  davam  etdikdə  qol və ayaqlarında ağrılar, halsızlıq  müşahidə  olunur  ki,  bu uremik  nefropatiya  və böyrək osteodistrofiyası  ilə  izah  olunur. Küylü  tənəffüs  asidozla, ağciyər  ödemindən və ya pnevmaniyadan asılıdır. Uremik intoksikosiya, fibrinoz,  perikardit, plevrit, assit, ensofalapatiya və uremik  koma  ilə  ağırlaşır.

Diaqnoz  anammezə xarakterikterik  uremiya  simptomları , laborotor  əlamətlər  əsasən  qoyulur.

Müalicə : Konservativ  müalicəyə   ehtiyac  olduqda  hemodializ  təyin  olunur.


 



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!