Tibbi Ensiklopediya


Ağciyər ödemi

1432

Alveolların daxilində zülalla  zəngin seroz mayenin toplanması  olub, həyati  təhlükə  daşıyır.

Etiologiya  və patogenezi :  Ağciyərlərin  infeksion  (pnevmoniya) , allergik,toksik,travmatik zədələnmələri , ağciyər arteriyalarının trombemboliyası, ağciyər infarktı , Qudpascer  sindromu  ; su-elektrolit balansının  pozulması, hipervolemiya, infuzion terapiya, böyrək  çatmamazlığı, endokrin  patologiyalar , steroidlərlə müalicə ,hamiləlik ; duzlu suda boğulma ; mərkəzi tənzimlənmənin  pozulması,- insult,subaraxnoidal qansızma ,baş beyinin toksik, infeksion, travmatik zədələnmələr ;  döş qəfəsi daxili təzyiqin azalması, plevral sahədən mayenin və havanın sürətlə çıxarılması ,yüksəkliyə qalxma,sürətlə güclü nəfəs alma ; şok , yanıq, infeksiyalar,zəhərlənmələrin müalicəsi zamanı ,ağır əməliyyatdan sonra həddən artıq müalicənin tətbiqi-infuzion , medikamentoz,oksgen terapiyası; patogen faktorların kombinasiyası  ağciyər ödeminin etiopatogenzinin əsasını təşkil edir.

Alveolun  maye və  köpüklə  dolması asfiksiyaya gətirib çıxarır. Hipoksiya və asidoz halında  kapliyar-alveolyar  keçiricilik  yüksəlir , seroz maye artır,medikamentoz terapiyanın səmərəliliyi aşağı düşür.

Müalicə : Təcilidir.Həyat üçün təhlükə daşıyır.Çox zaman , xüsusilə ,  toksik , allergik ,infeksion mənşəli  ödemlər,alveolyar - kapliyar membranın zədələnməsi zamanı qlükokortikosteroidlər  uğurla tətbiq olunur.Oksigenoterapiya ağır tənəffüs  çatmamazlğı zamanı əks  göstərişdir.Şok zamanı infuzion terapiya apararkən turşu - qələvi müvazinətinin korreksiyası çox ehtiyatla aparılmalıdır



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!