Tibbi Ensiklopediya


Vegetativ damar distoniyası

1861

Vegetativ damar  distoniyası ( vegetativ damar  disfunksiyası ) müxtəlif formalarda təzahür edən , əsasında vegetativ funksiyaların neyrohumoral  tənzminin pozulması dayanan  xəstəliklərdir.Bu patologiya  nevrozlar, hipodinamiya, pubertat və klimakterik dövrlərdə endokrin disharmoniya,sinir- psixi  və fiziki yorğunluq,infeksiya,intoksikasiya, toksikomanlarda abstinensiya  zamanı müşahidə olunur.

Patogenezi : VDD patogenezini əsasında vegetativ sinir sisteminin beyin qabığıdan tutmuş periferik şöbələrinə qədər  tənziminin pozulması,eləcə də endokrin tənzimləmənin pozulması dayanır.VDD etiologiya və təzahürlərindən asılı olaraq vegetativ sinir sisteminin müəyyən bir səviyyədə - kortikal, hipotalamik səviyyədə simpatik və parasimpatik  şöbələrinin aktivliyinin pozulmasının nəticəsində ortaya çıxaması halları az deyil.

Simptomlar və klinik gedişi : Xəstələrin çoxunda asteniya , yorğunluq,qıcıqlanma,yuxunun pozulması, senestopatiya müşahidə olunur.VDD əlaməti kimi ürək döyünməsi ; supraventrikulyar ekstrasistoliya, paroksizmal taxikardiya ; patoloji vazomator reaksiya - istilik və soyuq hissiyatının yüksəlməsi,arterial  təzyiqin yüksəlməsi və aşağı  düşməsi,dərinin hiperemiyası və ya soğunluğu,ümumi və çox zaman yerli - ovuc içi tərləmə,əllərin üşüməsi,mədə- bağırsaq traktının  mator və sekretor disfunksiyası əlamətləri,cinsi funksiyaların zəifləməsi görülür.Neyro-vegetativ disbalansın mövcudluğu zamanı parasimpatik sinirlərin aktivliyinin yüksəkliyi bradikardiyaya meyllik , dəri örtüklərinin hiperemiyası,mədə bağırsaq peristaltikasının güclənməsi, qırmızı demoqrafizm  şəklində özünü göstərir .

Gedişi VDD xarakterindən asılıdır.Çox vaxt VDD xəstənin həyat şəraitindən asılı olaraq dalğavari güclənmə və zəifləmə ilə müşahidə olunur.VDD paroksizmal,"vegetativ tufan",kriz formalarında , xolinoreseptorların oyanması (xolinoergik kriz ), adrenoreseptorların oyanması (adrenergik, simpatoadrenal kriz) şəklində də meydana çıxır.Xolinergik krizin simptomları qorxu hissi, mədə bulanması, hipersalivasiya, mədədə qurultu, diareya (ishal) , pollakuriya, həddən atrıq tərləmə, mioz, bradikardiya, nadirən skelet əzələlərinin hipertoniyası, arterial  təzyiqin yüksəlməsidir.Adrenergik  krizin  simptomları: həyəcan hissi,oyanıqlıq, üz dərisinin, boyunun, sinənin dərisinin  hiperemiyası, əl barmaqlarının tremor,bədənin əsməsi,göz bəbəklərinin genişlənməsi, taxikardiya,arterial təzyiqin yüksəlməsi,poliuriya,bəzən defekasiyaya tələbatın artması,qanda leykositoz, hiperqlikemiyadır.

Diaqnoz : VDD sərbəst xəstəlik kimi deyil , sindrom kimi  ortaya çıxır.Ona görə də tibbi sənədlərdə əsas xəstəliyin adından sonra qeyd edilir.Klinik şəkli bu sindroma diaqnoz qoymağa imkan verir.bəzi simtomlara görə ürək xəstəlikləri ilə diferensasiya edilməli,sinir sisteminin və endokrin sistemin üzvi patologiyaları inkar edilməlidir."Vegetativ tufan" şəklində təzahür edən VDD hipotalamusun patologiyaları,adrenergik krizlərdə feoxromasitoma inkar edilməlidir.

Müalicə : Əsas xəstəlik müalicə edilməlidir.Hipotenziv,antiaritmik,adrenergik krizlərdə β-adrenobokatorlar  və digər preparatlar  təyin olunur.


 

 



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!