Tibbi Ensiklopediya


Dərinin gənə xəstəliyi

2803

Demodeks gənələri bütün dünyada geniş yayılmış parazitlərdir və gənələrin yaratdığı xəstəlik demodekoz adlanır. Bu gənələrin növləri çoxdur, yalnız 2 növü Demodex folliculorum və Demodex brevis insanda, qalanları isə heyvanlarda parazitlik edir.

Bu gənələr insanları çox narahat edən demodekoz xəstəliyini törədirlər. Demodeks gənələri təmas-kontakt yolu ilə insandan-insana və yaxud heyvandan-insana keçir. Demodekoz zamanı üz və baş dərisi qızarır, qaşıntı yaranır, saçlar və kirpiyin tükləri tökülür.

Əlamətlər var ki, demodekoz xəstəliyinə yoluxmuş olmağınıza şübhə yaradır. Məsələn: üz dərisində qırmızı ləkələrin peyda olması, dəri məsamələrinin genişlənməsi, dərinin həddən artıq yağlanması, dəri rənginin solğun və ya bozumtul-torpaq rəngində olması, dəri səthinin kələ-kötür olması, üzdə mimiki hərəkətlərdə çətinliyin yaranması, burun ölçülərinin böyüməsi (rənginə görə göyümtül-qırmızı gavalıya bənzəyir-rinofima), dəridə qaşınma və gicişmə hislərinin olması (xüsusilə gecələr), dəridə gənə olan nahiyələrdə tüklərin tökülməsi, qulaq seyvanlarının qaşınması, üz dərisində irinciklərin bidən artması və bir neçə gündən sonra ciddi çəkildə azalması və s.

Demodeks gənələri ilə hər kəs yoluxa bilər. Az sayda gənələr hələ ciddi xarakterli xəstəlik törədə bilmirlər. Lakin uzun müddətdən sonra, “sahibin” dəri toxumasının qida ehtiyatı tükənər, nəticədə dərinin məsamələri genişlənər, səthi kobudlaşar və öz görkəmini itirər. Yox, əgər dəridə gənələrin miqdarı həddən artıqdırsa, bu hal histopatoloji reaksiyalara və xəstəliklərə səbəb ola bilər. Dərialtı demodeks gənələri meybom vəzilərində, tük follikularında, axacaqlarında və üz dərisinin piy vəzi sekretlərində (xüsusilə seboreya zamanı) yaşayır.

Bəzən demodekoza başın tüklü nahiyəsində, qaş və kirpiklərdə də rast gəlinir. Demodex cinsindən olan bu gənələr insan orqanizmindən xaricdə uzun müddət yaşaya bilirlər. İnsan bu xəstəliyə gənə daşıyıcısı olan digər insandan yoluxur, hətta ev heyvanlarından yoluxma da mümkündür.
Gənələrin bədən səthi pulcuqlarla örtülüdür, bunların sayəsində gənələr tük follikullarına daha möhkəm yapışa bilir. Gənələr hormonlarla , tük follikullarının səthinə çökmüş dəri piyi ilə və oradakı endoplazma ilə qidalanır. Gənə tük follikulunu tərk edə bilər. Demodeks gənələri xüsusilə gecələr dəri səthinə çıxırlar. Onlar qaranlıq və isti mühiti çox sevirlər. Gənələr bir neçə həftə yaşayırlar, onlar tük follikullarının və ya piy vəzilərinin dərinliklərində yumurta qoyurlar. 3-4 gün ərzində yumurtadan yeni gənəciklər çıxır və 7 gün ərzində onlar böyüyüb yetkin gənəyə çevrilirlər.

Demodeksin sevdiyi yerlər – göz qapağı, üzün dərisi, qaşüstü qövs nahiyəsi, alın, burun-dodaq büküşləri, çənə və xarici qulaq keçəcəyi nahiyələridir. Demodeks gənələrinin əsas lokalizasiya zonası isə “demodeks üçbucağı” hesab olunur. Bura aiddir: burun qanadları, burun-dodaq büküşü və çənə nahiyəsi. Xəstəlik uzun müddət davam edərsə, gənələr sinə və kürək nahiyəsinə də yayıla bilər.

Demodekoz kifayət qədər ciddi və təhlükəli xəstəlikdir. Bu xəstəlik heç vaxt öz-özünə keçib getmir. İllər keçdikcə yoluxmuş insanın immun sistemi zəifləyir, sinirləri və maddələr mübadiləsi pozulur. Nəticədə müxtəlif infeksion xəstəliklərlə qarşı həssaslıq artır. Ona görə də mümkün qədər tez bir zaman ərzində demodeks gənələrindən azad olmaq lazımdır.

İnsan heç də həmişə demodeks gənəsi ikə yoluxmur. Bəzən yoluxma baş versə də gənə 14 günlük ömrünü başa vurduqdan sonra ölür və proses bitir. Ciddi yoluxma üçün dərialtı piy qatında məskünlaşmış gənə dişi olmalıdır ki, yumurtalasın və çoxala bilsin. Erkək gənədirsə təhlükəsi yoxdur. Yaxudda eyni zamanda erkək və dişi gənələrlə yoluxmalısan ki, çoxalma prosesi sürətlə getsin. Dişi gənə adətən iki həftədən sonra yumurtalayır və ondan sonra olür. Beləliklə yumurtalardan əmələ gələn gənələrin sayı getdikcə artır. Ona görə də erkən müalicə müddəti adətən 4 həftədən artıq olmur. Nisbətən ağır hallarda müalicə müddəti uzanır və bu müddət 6 həftə ola bilər. Nəticədə gənələr tamamilə məhv edilir və üz dərisi bərpa olunur. Hətta üz dərisində heç bir patoloji qüsurlar qalmır.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!