Tibbi Ensiklopediya


Hemorragik vaskulit

1572

Hemorragik  vaskulit  - Şenleyn - Henox   xəstəliyi   əsasən dərinin,  oynaqların , böyrəklərin, kapilyar , arteriollar  və venalarının  sistem  zədələnməsidir.

Etiologiyası  Patogenezi .  Xəstəlik  adətən   uşaqlarda, yeniyetmələrdə , bəzən  də yetkiliklərdə   angina və ya  tonzilitin ,faringitin  kəskinləşməsi  həmçinin   vaksin  və  serumların  vurulması  soyuq  və digər   ətraf mühüt  amilləri  təsiri  ilə  əmələ gəlir.  Patogenezi  immun  pozulmalarla bağlıdır  dövr edən   immun  komplekslərin  miqdarının  artması   nəticəsində  damarların divarı zədələnir  ki, bu da damar  keçiriciliyinin  artmasına ,ödemlər, müxtəlif lokalizasiyalı  purpuralara səbəb olur.

 Simptomlar : Klinik  gedişi . Xəstəlik  triada ilə  - xırda nöqtəli  qızartılar ,böyük  oynaqların  atralgiyası  və ya artriti  və abdominal  sindromla özünü  göstərir. 

1) Başlanğıcda  dəri  səpkiləri  ətrafların  açıq  səthlərində  bəzən  gövdədə  üzə çıxır, kiçik  getdikdə isə  yerində  uzun müddətli  piqmentasiya  ləkələri  qalır.  Çox zamanlar  aşağı ətrafları zədələnir.  Dəri səpkiləri  xəstəliyin  ortaya  çıxan  yeganə  əlamətləri  ola bilər.

2) Böyük oynaqların  miqrasiya edən  simmetrik  poliartiti, xəstələrin  2/3 -ündə  meydana  çıxar,qısa müddətli  ağrıdan ,hərəkətsizliyə  gətirib  çıxaran  kəskin  ağrılara  qədər  müxtəlif  xarakterli  ağrılarla  müşayət olunur.

3)  Abdominal  sindrom (abdominal purpura)  bağırsaqda qəfil  başlayan  sancılarla  xarekterizə olunur. Ağrı  adətən   göbək  ətrafında , bəzən  digər  nahiyələrində  lokalizə edərək  appendisit,  xolesestit, pankreatiti stimulə  edir.  Ağrı  palpasiya  zamanı  güclənir.

Eyni  zamanda  xəstələrdə  abdominal  sindromun  tipik  mənzərəsi  - dəri  örtüklərinin   solğunluğunu , cılız üz cızgilərin vurğulanması ,periton  qıcıqlanması  müşahidə  olunur.  Xəstə   adətən  ayaqlarını  qarnına  sıxaraq   yan üstə  yatır.  Sonra isə  eyni vaxta  qanlı qusma olur, bəzən  patoloji  prosesə  böyrəklər cəlb olunur. Bu da  yumaqcıq kapliyarının zədələnməsi nəticəsində  hemoturik qlomerulonefritlə  özünü gpstərir. Digər klinik əlamətlər ( mərkəzi  sinir sisteminin  zədələnməsi  hemoragik pnevmoniya , miokardit, serozit)  nadirən  və xüsusi  metodlarla  ortaya  çıxır. Laborator əlamətlər  kimi adətən   leykositoz  (abdominal  sindromla  nəzərə çarpır)  , leykozitoz sola meyllidir, EÇS adətən   yüksəkdir  ( xüsusi ilə abdominal  sindrom  və polartitlərdə ) . Kəskin gedişdə  qəfil  başlanır, surətlə  və çoxlu klinik simptomlarla  inkişaf edir,  çox zaman  nefritlə ağırlaşır. Xroniki gedişdə residivləşən  dəri  oynaq sindromu  ön plana  çıxır. Xarakterik  triada  və ya dəridə  hemoragik   səpmələr olduqda diaqnoz qoymaq  olmur. Lakin  hemoragik   vaskulit  infeksion - endokardit, müxtəlif  vaskulitlər  birləşdirici  toxumanın  diffuz  xəstəlikləri  zaman  da müşahidə  olunur. Yaşlı  xəstələrdə   Valdrenstrem   makroqlobulinemik  purpurası  inkar  edilməlidir. 

Müalicə:  Antihistamin , iltihab  eləyhinə   preparatlar  və digər  farmokoloji   vasitələr  tətbiq  olunur. Ocaqlı  infeksiyalarda  konservativ  müaliəcə  və  cərrahi müdaxilə  göstərişdir.





e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!