Tibbi Ensiklopediya


Enterit

1670

Nazik  bağırsağın  selikli qişasını  iltihabi  xəstəyidir. 

Kəskin  enterit :

Kəskin enteritdə  çox  zaman  mədə  və  yoğun  bağırsaq da qoşulur ( qastroenterit, qastroenterokolit)

Etiologiyası. Patogenezi:

 1. İnfeksion, virus   mənşəli   ( xoralara. qarın  yatalağı, solmenella, bəzən qrup)

2. Alimentar ( kəskin  və ya quru  qidalar, alkoqol )

3.  Toksik ( arsen, civə zəhərləmələri,  göbələk zəhərləri, bəzi balıq  məhsulları)

4. Allergik (çiyələk, yumurta kimi qidalar,yod, brom, sulfamilamidlər,antibiotiklər  kimi dərman vasitələrinə) 

Ya  patogen agentin birbaşa  təsiri ya mikrob və toksinlərin  hemotogen  yolla  bağırsaq  damarlarına daşınması  ya da autoimmun  mexanizmlərlə  bağlıdır. Kəskin qastroenteritə  meylləndirici  amillər, soyuq içkilər içmək, orqanizmin  ümumi soyudulması, polihipovitaminoz   kobud  lifli qidalardan  sui  istifadə etmək   ola  bilər.

Simptomlar. Klinik gedişi:  Xəstəlik yerli  simptomlarla - bulantı, qusma, diareya, qarında  qurultu, bəzən  spastik ağrılarla başlaya  bilər. Sonra zəiflik,ümumi, əzginlik, soyuq tər, qızdırma (38-30 0 C  qədər)  ümumi intoksikasiya, damar  kollapsı müşahidə olunur . Digər  hallarda ümumi simptomlar  başlandıqdan  bir  müddət  sonra, nazik  bağırsağın   iltihabi  əlamətləri  simptomlara  qoşulur. Qarına  palpasiya  zamanı epiqastral  nahiyədə ağrı, bəzən kor  bağırsağa  palpasiya  zamanı  qurultu  müşahidə  olunur. Mülayim , az hallarda, nəzərə  çarpan  leykositoz, EÇS  yüksəlməsi  təyin  olunur.

Diferensial  diaqnoz  bağırsaq  infeksiyalar  və  enterit  sindromuna   səbəb  olan  digər  ümumi  infeksion  xəstəliklərlə aparıla  bilər. Epidemioloji   anamnez  mühüm  əhəmiyyət  kəsb  edir.  Bakterioloji  tədqiqat  infeksion enteritin  törədicisinin  təyin  etməyə  imkan  verir. Ağır  formada  bağırsaq qanaxmaları , nazik bağırsağın   nekrozu və perforosiyası  ilə   ağırlaşmalar  olur. Toksik allergik  enteritlərdə  ürəyin , qaraciyərin   böyrəyin  zədələnməsi  mümkündür.

Müalicə: Ağır enteritli  xəstə  mütləq qospitalizasiya  olunmalıdır. İnfeksion  mənşəli  enteritdirsə infeksion  xəstəxanada qospitalizasiya   olunmalıdır.

Xronik  enterit:

 Etiologiyası.

1. Sistematik alimentar  pozğunluq,kəskin, ədviyyatlı  qidaların  sui-istifadəsi, rejimsiz qidalanma.

2. Alkoqolizm

3. Qurğuşun,civə, fosfor,arsenlə  xroniki  zəhərlənmə  məişət intoksikasiya, dərmanlarda  sui  istifadə, geniş spektli  antibiotiklərin  kontrolsuz  qəbulu, endogen   intoksikasiya ( uremiya)

4. Qida allergiyası

5. Parazitor invaziyalar  ( lyamblioz) bağırsaq helmintozlar.

6. Radiasiyon  zədələnmə

7. Yanaşı enterit -  uzun  müddət  cavan edən   sekretor çatışmazlıqla  əlaqədar qastrit, xroniki  pankreatat , kolitlər.

Patogenez:  Nisbətən  öyrənilmiş  mexanizmlər

1. Etioloji  faktorun  nazik  bağırsaq divarına bilavasitə   zədələyici  təsiri ( toksik,qıcıqlandırıcı)

2. Uzun  müddətli  dizbakterioz -  bağırsağın   anomal  florasını  fermentlərin   qida  maddələrin  anormal  parçalanması  nəticəsində  əmələ  gələn  maddələr  qıcıqlandırıcı   təsiri, bakterial  toksinlərin  selikli  qişaya  təsiri

3. İmmunoloji  mexanizm

Simptomlar. Klinik  gedişi:  Ağrı  adətən   kütdür, nadir  hallarda  spastik  xarakterlidir. Qarına  palpasiya  və  təzyiq  zamanı  ağrı,  yoğun  bağırsağın  müsariqəsi  boyu ağrılar təyin  olunur. Palpasiya  zamanı  qurultu  vacib  əlamətdir. Bağırsaq  dispepsiya  sindromu  az  xarakterik  şikayətlərlə  təzahür  edir. Qarında  təzyiq, doluluq, şişkinlik  xüsusi ilə  yeməkdən  sonra, mədə  bulantısı, bağırsaqda  qida maddələrin  parçalanmasını  həzmin parçalanması  və  sorulmasının  pozulması  nəticəsində  təyin olunur. Bəzən   yeməkdən   sonra  halsızlıq, başgicəllənmə  ola  bilər. Kaproloji   sindrom: sutkada 15-20  dəfə həzm  olunmamış  qida  qalıqlar  və qaz qabarcıqlı, bol kütləli defekasiya aktı müəyyən  olunur.  Polifekaliya  xarekterikdir - sutkalıq  kalın  kütləsi   1,5 - 2kq çatır, bəzən  yeməkdən  həmən   sonra  deferaksiyadan    sonra  kəskin  halsızlıq, soyuq tər, əllərin   əsməsi   müşahidə olunur. Ağır olmayan hallarda  və  kolit  yoxdusa, ishal  olmaya  bilər, hətta qəbizlik  ola  bilər. Südə  qarşı dözülməzlik  müşahidə  olunur.  Süd  qəbulunda  sonra, meteorizm, ishal əmələ  gəlir. Xəstəliyin  kəskinləşməsinə  kəskin  çoxlu  yağ  və  korbohidrat  tərkibli  qidaların qəbulu səbəb  olur. Çox zaman   nəcis  kütləsi  sarı və parlaq  xarakterikdir, buna   səbəb  bilirubin  və  həll olmamış yağlardır. Kaproloji  mikroskopiyada həll olunmayan qida qalıqları ,neytral  yağ damarları ,əzələ  lifləri sərbəst  nişasta  dənələri, çox miqdarda  selik aşkar  olunur. Sorulma  çatışmamazlığı  sindrom  tədricən  bədən  kütləsiinin azalmasına ( kaxeksiyaya  qədər) ümumi halsızlıq ,süstlük, əmək  qabiliyyətinin  azalmasına   səbəb olur. Dəmir defisitli B12 defisitli  anemiya  müşahidə  edilir.  Hipevitaminoz   nəticəsində  dərinin  quruması , anqulyar  stomotit, saçların  tökülməsi, dırnaqların  kövrəkliyi, polinevrit, ala qaranlıqda  görmənin  pozulması. Qanda ionların , xüsusən  Ca ionlarının  konsentrasiyası  azalır, ağır  hallarda  sümüklərin  kövrəkliyi  və hipoparatireoidizmə aid  digər  əlamətlər  aşkar  olunur. Ağrı enteritlə  ürək  əzələsi, qaraciyər böyrəyin  və  digər orqanların  zədələnməsi  müşahidə  olunur.  Rentgenoloji  müayinə  xroniki  enterit  zamanı  barium  pasajının  güclənməsi bağırsaqda qeyri bərabər yığılması selikli qişasının  ödemli qalınlaşması  müşahidə  olunur.

Bağırsağın  aşağı şöbəsinin aspirasion biopsiya  zamanı  iltihabi, distrofik dəyişikliklər, selikli qişanın  epitelinin səthi  hüceyrələrin  bərkiməsi   daha ağır  hallarda sklerotik  dəyişikliklər  təyin  olunur. Diferensial diaqnoz zamanı  ilk  növbədə  alimentar dispepsiyanı  ( sistematik qeyri-rasional  qidalanma nəticəsində  əmələ gəlir) inkar  etmək  lazımdır. Bu  hallarda  xüsusi  tədqiqatlar  zamanı bağırsaq  divarında  sorulma  prosesinin   pozulması  təyin olunmur, aspirasion  biopsiya  ilə  bağırsağın  selikli qişasının   iltihabi aşkar   olunmur. Müalicə  olunmadan belə  qida rasionun normallaşdırılması  patoloji sipmtomla aradan  qalxır, və   bağırsaq funksiyası  normallaşır.

Müalicə: Pəhriz təyin  olunur.  Qida zülalların   xüsusən  heyvan züalı  olmalıdır, qidada asan  həll olan yağlar istifadə  olunmalıdır. Kəskinləşmə  dövrü  yağlar qəbulu bir müddət azaldılır. Tərkibi  liflə  zəngin   qidalar  məhdudlaşdırılır. İshal  zamanı  qara  gavalı ,əncir, kələm , üzüm, qara  çörək, bişmiş un məhsulları, qoz, fındıq, qıcqırdılmış  içkilər, pivə, kvas qida rasionunda çıxarılması ,avitominoz zamanı  B qrup vitaminləri, fol turşusu, A vitaminlər təyin  olunur. Medikametoz  terapiya təyin  olunur.İnfeksion  amil  kənarlaşdırılır, həzm və  sorulma  problem aradan qaldırılır. Fizioterapiya və sanator  müalicə  təyin   olunur.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!