Tibbi Ensiklopediya


Bağırsaq disbakteriozu

2908

Bağırsağın  mikroflorasının   dinamik  tarazlığının  pozulmasıdır. Əgər  sağlam  insanda yoğun və nazik bağırsaqda  laktobakteriya , anaerob  streptokoklar , bağırsaq çöpü,enterkoklar və digər mikroarqanizmlər olursa,dizbakterioz zamanı bu mikroarqanizmlər arasında tarazlıq  pozulur .Üfunətli və  fermantativ   flora,  göbələklər -əsasən  Candida, normada aşkar olunmayan bakteriyaları sürətlə  inkişaf edir. Normada bağırsaqda az miqdarda olan şərti patogen mikroarqanizmlər bağırsaq çöpünün  qeyri  patogen  ştamları ilə birgə  aktiv  inkişaf edir.  Beləcə dizbakterioz zamanı  mədə bağırsaq traktının  mikrob  tərkibində  kəmiyyət- keyfiyyət dəyişkənlikləri olur.

Etiologiyası Patogenezi: Qida maddələri  bağırsaqda həzmi  prosesinin   pozulması (bağırsağın  dispepsiyası,   xroniki qastrit , sekretor çatışmazlıq , xroniki  pankreatit, enterit, kolit ), bağırsaq dizbakteriozunun  uzun  müddət davam  etməsi  antibiotiklərin  ( xüsusən  geniş spekterli ) kontrolsuz  qəbulu  bağırsağın  normal  florasını məhv edir, bu antibiotiklərə  qarşı möhkəm  dözümlülüyə malik  mikro  orqanizmlərin   əmələ  gəlməsinə  səbəb  olur.  Qida  maddələrinin   bağırsaq  üçün   qeyri-adi  olan  anormal  parçalanma  məhsullarının -üzvü  turşuların  , aldehidlərin, indol, skatol, hidrogen  sulfat  vəs. bağırsaq  divarını qıcıqlandırır. Həmin maddələrə  və  bakterial  antigenlərə qarşı  allergenlərdə  ola bilər.

Simptomlar. Klinik  gedişi:  Dispepsiya , iştahın azalması, ağızda  xoşagəlməz  dad, bulantı meteorizm , ishal və  qəbizlik  xarakterikdir.  Nəcis  kəskin  üfunətli ,turş qoxuludur.  Tez-tez  ümumi  intoksikasiya , zəiflik müşahidə  olunur, əmək qabiliyyəti  azalır.

Diaqnoz:  Fekal  mikrofların  təkrarı  tədqiqinə  görə  qoyulur. Bağırsaq  dizbakteriozun  bəzi  formaları  (stafilakokk, kandidamikoz, protey ) generalizə  olunmuş  formaya keçə  bilər

Müalicə:  Ümumi  möhkəmləndirici  və desensibilizə  edici terapiya ( vitaminlər, histamın  əleyhinə  preparatlar),  kandidamikozlarda   göbələk əleyhinə  prepratlar  təyin olunur. Qidanın  keyfiyyəti  yuksəlir.




e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!