Tibbi Ensiklopediya


Ezofagit

2791

Qida borusunun xəstəliyidir.  Kəskin,yarımkəskin,xroniki ezofagitlər  ayırd  edilir.

Etiologiya. Patogenezi: Kəskin  ezofagit  qida borusunun  selikli qişasını  qaynar qida və içəcəklərlə , kimyəvi  maddələrlə ( yad turşular, qələvilər)    - korroziv  ezofagit  -qıcıqlanması nəticəsində  əmələ gəlir.  Yarımkəskin   və xroniki  ezofagitlər  qıcıqlandırılıcıların , qaynar, kobud, kəskin  qidaların, alkoqollu  içkilərin, havada  toz  şəklində  olan  toksik  məddələrin ( udularaq  qida borusuna  düşən)  qida  borusu  selikli qişasına  təkrarı  təsiri nəticəsində törənir. Xroniki ezofagitlər  burun  udlağın   mədənin xroniki  iltihablarını  az müşayət etmir. Proseslər sırasında  xroniki  infeksion xəstəliklər - tuberkulyoz, siflis  və s. də qeyd  etmək  olar. Durğun ezofagit - qida  borusu  stenozu  kardiyanın  axalaziyasiyası olan  xəstələrdə qida  borusunda qidanın  durğunluğu  ilə  müşahidə  olunur. Yarımkəskin  və xroniki ezofagit  mədə   şirəsinin   qida borusuna  yayılmasıdır ki  bu da kardiyanın  çatmamazlığı  nəticəsində  ortaya  çıxır, refluks-ezofagit  və ya  peptik ezofagit  adlanır. Prosesə  səbəb  diafraqmanın   qida  borusunun   dəliyinin  yırtığı , rezeksiya əməliyyatından  sonra  kardial sfinkterin   zədələnməsi  zamanı  ,sistem  sklerodermiya  zamanı  - kardiyanın   saya  əzələlərin atrofiyası  ola  bilir.

Xora  xəstəliyi, xolelitiaz  mədənin  hipertonusu, pilorik  hissəsnin  spazmı   mədədaxili təziqin  yüksəlməsinə  səbəb  olduğundan  kardiyanın   funksional  çatışmamazlığında  rol  oynaya  bilər. Kardiyanın  çatışmamazlığı və reflyuks  ezofagit  həmçinin  qarındaxili  təzyiqin   artması  zamanı  -hamiləlik, qarın nahiyyəsinin   böyük  şişləri   zamanı  da müşahidə  olunur.

Patogenez: Qida  borusunun  selikli qişasını  qıcıqlanlanrıcıları  kimyəvi  termik, toksik və ya peptik  təsiri  nadirən  bakterial, toksik allergik  zədələnmə  xəstəliyin  patogenezini  təşkil  edir.

Simptomlar. Klinik gedişi: Kəskin  kataral ezofagit udqunma  zamanı  ağrı, döş arxası göynəmə  bəzən  disfagiya  ilə   təzahür  edir. Hemoragik  ezofagitdə   qanlı  qusma və melena ola   bilir.  Psevdo membranoz ezofagitdə  qusuntu  kütləsində  fibrin  plyonkalar  aşkar  olunur. Qida  borusunun fleqmona  və absesi  septik  intoksikasiyası  mənzərəsi  ilə  əks  olunur.  Yarımkəskin  və xroniki  ezofagit döş arxasında yanğı  hissi , göynəmə , az hallarda ağrı  disfagiya  ilə   müşahidə  olunur. Refluks  ezofagitdə  əsas  simptom   horizontal  vəziyyətdə  uzandıqda  güclənən  döş arxası  ağrıdır. Bəzən udqunma  zamanı  koronar  ağrıları xatırladan ağrılar   baş verir. Rentgenoloji   müayinədə  diafraqmanın   qida  borusu  dəliyinin   yırtığını   aşkar etməyə  imkan  verir.

Ağırlaşmalar: Qida  borusunun abses və  fleqmonası  zamanı  divarın  perforasiyası , mediastinit ,  peritonit  ortaya  çıxa  bilər. Hemoragik və  eroziv  ezofagitlə  qida  borusunun  qanaxması  mümkündür. Kəskin  xroniki ezofagitlər  qida   borusunun  çapıq toxumalarla  daralmasına, bu  da   diafraqmanın  qida  borusu  dəliyin  yırtığının əmələ  gəlməsinə  gətirib  çıxarır.

Müalicə: Pəhriz  təyin  olunur. Abses və fleqmaonsı zamanı antibiotik  təyin  olunur. Büzücü,antasid  preparatlar, spazmalitik, xolinolitiklər  təyin  olunur. Diafraqmanın qida  borusu  dəliyi  yırtığı  əməliyyatla  aradan  qaldırılır.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!