Tibbi Ensiklopediya


Həzm sisteminin diskineziyası

3283

Saya  əzələyə  malik  həzm  orqanların  peristaltika  və tonusun  pozulması  ilə müşayət  olunan  funksional  xəstəlikdir.

Qida  borusunun  diskineziyası: Qida  borusunun   atoniyası, iflici, spastik diskineziyası, udlaq-qida  borusunun sfinkterin  və  kardial sfenkterinin çatışmazlığı  ilə  xarakterizə  olunur.

Qida  borusunun  atoniya  və iflici. İnverasiyanın   pozulması  , mərkəzi  və  periferik  sinir  sisteminin  və qida borusunun  əzələ   qişasının zədələnməsi  nəticəsində  ortaya çıxır.

Simptomlar. Atoniya quru , yaxşı çeynənməmiş  qidanın  udulmasının   pozulması, həmçinin uzanmış  vəziyyətdə  yemək  zamanı  udqunmanın  pozulması  ilə təzahür  edir. Bu  zaman  udlaq- qida  borusu sfenkteri normal  fəaliyyəti  pozulur, udma  zamanı qida  nəfəs  yoluna  düşür.

Kardial  sfinkterinin  çatışmazlığı: Diaqramanın qida  borusu  dəliyinin  yırtığı  zamanı, cərrahi  müdaxilədə  sfinkterin  zədələnməsi  ( sistem sklerodermiya  zamanı ) , qida  borusu  və  mədənin diskenziyası  zamanı müşahidə  olunur. Bol yedikdən  sonra  xüsusi  ilə  uzandıqda  gəyirmə, qidanın requrqitasiyası  xarakterikdir. Mədə  şirəsinin  qida  borusuna   qayıtması ilə tez-tez  refluks- ezofagit, sonra peptik xora  əmələ gəlir.

Qida borusunun spastik diskenizesiyası (ezofaqospazm)  I-li  - qida borusunun  kortikal requlyasiyasının  pozulması  nəticəsində , II-li - ezofagit, xora və öd  daşı  xəstəliyi zamanı  müşahidə  olunan diskineziyalar  ayırd  olunur.Daimi  olmayan  disfagiya  xarakterikdir, bəzən   parodoksal  xarekter daşıyır. Maye  qəbulu   zamanı   ortaya çıxır, pure şəkilli  və ya bərk  qidanın  udulması  zamanı  itir. Tez-tez  döş  arxasında  udma  ilə  bağlı ağrı  əmələ  gəlir. Koranar  ağrıları (ürək) xatırladır. Qida  borusunun divertikulu, diafraqmanın  qida  borusu  dəliyinin  yırtığı  ilə  ağırlaşır.

Mədənin  diskineziyası:  Kəskin  atoniya  ,xroniki  hipotoniya, qastropoz, hipertonik  diskineziyası.

Mədənin  kəskin atoniyası: Mədə divarının   əzələlərinin  parezi ,   invervasiya edən  sinirlərin   zədələnməsi   nəticəsində  əmələ  gəlir.  Xəstəlik  nadirən   rast   gəlinir,miokardın  infarktı, peritonit, pnevmoniya, mədə  damarların  trombozu   bəzən  pilorik  hissənin  uzun müddətli  stenozu  zamanı, cərrahi  müdaxilə   zamanı ortaya  çıxır. Epiqastral nahiyədə  dolma  və ağırlıq hissi küt, ağrı, qusmaya  çağırışlar, hıçqırma, xarakterikdir. Baxış  zamanı  epiqastral  nahiyədə  sürətlə  artan  şişkinlik  perkusiya  zamanı  timpanik  səs  təyin  olunur.

Mədənin  xroniki  hipotonyası  və qastroptoz: Çox zaman birgə müşahidə olunur. Qastroptozun 3 dərəcəsi ayırd olunur.  Həmçinin  total  və  hissəvi  qismən  qastroptoz - antropiloroptoz   təyin  olunur.

Etiologiyası.Anadan  gəlmə qastroptoz   ilk  növbədə  konstisional  asteniya  ilə  əlaqədardır: yoğun  bağırsağın  həddən   artıq  böyük  olan  müsariqəsi  düşərək, mədənin  böyük əyriliyini  dartır  və  qastropoza  səbəb  olur. Mədənin  antropolorik  şöbəsinin  düşməsi zamanı 12 barmaq bağırsağın  başlanğıc  şöbəsi  əyilir, bu  da  qidanın  mədədən  evakuasiyasının   pozulmasına  və ağrıların  əmələ  gəlməsinə  səbəb  olur. Qazanılmış  qastroptoz  arıqlama, doğuşdan sonra qarın   divarında   əzələləinin  kəskin  zəifləməsi  nəticəsində, qarın  boşluğundan  assit  mayesinin  və ya  böyük ölçülü  şişin   çıxarılması zamanı  əmələ gəlir.  Proses  mədənin   fiksə edən   bağlayıcı  aparatının  uzanması  nəticəsində  ortaya  çıxır.

Simptomlar. Klinik gedişi: Çox zaman  qastroptozun  I və II  mərhələsi simptomsuz  keçir. Az  hallarda ağırlıq  hissi, epiqastral nahiyədə doluluq hissi  ( xüsusi  ilə yeməkdən  sonra) uzanmaqla yüngülləşən  küt ağrılar  görülür. Bəzən  kardalgiya  qeyd  olunur. Bəzi  xəstələrdə qaçış  və  ya  tullanma  zaman qısa    müddətli  ağrılar  təyin  olunur. Qəbizlik  tez-tez  müşahidə  olunur.

Mədənin  hipertonik  diskineziyası . Mədənin tonusun  yüksəlməsi , peristaltikasının  spastik  tipli  pozulması  ilə  xarakterizə  olunur. Əzələlərin   spastik vəziyyəti  ilə  xarakterizə  olunan   xəstəliklərin  fonunda , mədənin  peristaltikasının  reflektor  dəyişiklikləri (  mədənin, pilorik  hissəsi, xorası  öd  daşı  xəstəliyi  və s)  nəticəsində  ortaya  çıxır.  Bəzən  istilik  nevrozun   nəticəsi   olaraq , emosiyaların , psixi  gərginliyi  təsiri altında  əmələ  gəlir.  Mədənin   tetaniyası, qalxanabənzərətraf  vəzin  çatışmazlığı  , hipokalsemiyanın  nəticəsidir.

Simptomlar. Klinik gedişi:  Simptomsuz  keçir  və ya  epiqastral  nahiyədə  xoraya bənzər  ağrılar  olur. Pilorospazm  zaman  qusmaya  meyllilik  olur. Rentgenoloji  müayinədə  mədənin  ölçüsü  boyun  deyil  və  buynuz   forması  almışdır.

Mədənin   Pnevmatozu :  Mədədə havanın  miqdarı  çoxdur. Bu üzvi  xəstəliklər (diafraqmanın  qida borusu dəliyinin  yırtığı , diafraqmal sinirinin zədələnməsi) çox  zaman  sinir fəaliyyətin pozulması  isterik  psixoz  nəticəsində  ortaya  çıxır.

Simptomlar. Klinik  gedişi:  Epiqastral nahiyədə dolma, ağırlıq, təzyiq hissi, güclü gəyirmə xarakterikdir. Diafraqmanın  sol gümbəzin  yüksəkliyi nəticəsində  kardalgiya - ürək ağrıları ( gəyirmədən  sonra  yüngülləşir ) müşahidə  edilir.

Öd  yollarının diskenziyası - Öd kisəsinin , öd  yollarının  tonusun  və motarikasının  funksional    pozulmasıdır.  Hipertonik -hiperkinetik  və hipotonik- hipokinetik formaları ayırd  olunur. Çox zaman  qadınlarda  rast  gəlinir. Hipertonik - hiperkinetik diskenziya  nisbətən  gənc  yaşda , hipotonik- hipokinetik diskenziya 40  yaşdan  yuxarı   şəxslərdə  müşahidə  olunur.

Etiologiyası. Patogenezi: Öd  yollarının  diskeneziyası  ilk  növbədə neyrohumoral  tənzimin  pozulması  nəticəsində  nevrozlarda, diensefal  sindromda, endokrin - hormonal  pozulmaların  nəticəsində   ortaya  çıxır.

Hipertonik - hiperkinetik  forma  atrofik  duodenit  və b. xəstəliklərdə onikibarmaq bağırsağın  selikli  qişasının  qastrointestinal  hormonun  ( xolesistokininpankreozimin ) ifrazın  pozulması   zamanı   reflektor olaraq  ortaya  çıxır. Ağır  infeksiyalar  virus  hepatitlər, avitaminoz, qeyri  kafi  qidalanma, müxtəlif endogen  və  ekzogen  infeksiyalar  nəticəsində  əmələ gələn  astenik  vəziyyət və öd  yollarının diskenziyasına gətirib  çıxara bilir. Astenik  vəziyyət, az  hərəkətli  həyat  tərzi, gec-gec  qida  qəbulu nəticəsində  hipertonik- hiperkinetik forma  əmələ gəlir. Tez-tez  , lakin qeyri - müntəzəm    qidalanma kəskin  selikli qişanı qıcıqlandıran  yeməklərin  də  öd yollarının  hipertonik- hiperkinetik diskeneziyasında rolu  olduğu hesab  olunur.  Öd  çıxarıcı yolların  üzvi zədələnmələri parazitar, qurd  invaziyaları da öd  yollarının  diskineziyasına  gətirib  çıxarır.

Simptomlar. Klinik gedişi: Lütkens və Oddi  sfinkteri  hipertonusu  ilə  birgə  müşahidə  olunur. Hipertonik - hiperkinetik diskineziya sağ qabırğa altında tutma  şəkilli öd daşı və sancı tutmaları  xatırladan  ağrılarla təzahür  edir.  Tutmalara   həyacanlanma , mənfi emosiya, sinir -  psixi gərginlik qadınlarda  menstrual tsikl səbəb  ola  bilir.  Ağrı  sağ  kürəyə , sağ çiyinə , bəzən ürək  nahiyəsinə , arabir  ürək  nahiyəsinə  irradiasiya edir. Vegetativ  reaksiyalar , kəskin tərləmə  solğunluq,bulantı, başağrısı,ürəkdöyünmə  hissiyatı  ilə müşayət  olunur. Ağrı  tutmaları  bir  neçə  dəqiqədən  bir  neçə  günə  qədər  davam edir , zamanla  güclənir və  zəifləyir

Hipotonik  hipokinetik diskineziya. Sağ qabırğa  altında az intensivləşdikdə , lakin uzun  müddət davam  edən  ağrılar əmələ gəlir. Palpasiya zamanı  öd  kisəsi nahiyyəsində  az ağrı qeyd  olunur.

Diaqnoz  xromodiaqnostik  duedenal  zondlama  ilə  təstiqlənir . Hipertonik hiperkinotik  formada diskenziyanın  II fazasının  ( Oddi sfenktriin bağlanması) uzanır , IV faza ( öd  kisəsinin  yığılması ) qısalır. Hiotonik  hipokinetik  formada diskeineziya II fazası  bəzən olmur  (Oddi  sfinkteri daimi boşalmış   vəziyyətdə olur) IV faza gecikir və uzanır.

Peroral  xolesistroqrafiya, vana daxili xoleqrafiya exoqrafiya, daha  ağrı hallarda komputer tomoqrafiya  diaqnozu  təstiqləyir

Hipertonik - hiperkinetik  diskeneziyada  öd kisəsi  qıcıqlandırıcının   təsiri  ilə sürətlə yığılır. Hipotonik - hipokinetik  formada  isə  öd kisəsinin  ölçüsü böyükdür, boşalmış  və zəif  yığılan vəziyyətdədir.Hipotonik  hipokinetik  formada  isə  öd kisəsinin  ölçüsü böyükdür, boşalmış və  zəif  yığılan  vəziyyətdədir.

Bağırsağın  diskineziyası

Bağırsağın nevrozu,reflektor pozulma   həzm  sisteminin üzvləri  üzvi  xəstəliklər ( xora , xolestit, öd daşı,apendisit) və digər orqan sistemlə zədələnməsi  zamanı  ortaya  çıxır.

Etiologiyası. Patogenezi: Bağırsağın  nevrogen  diskenziyası ümumi  nevrozun  digər  əlamətləri ilə birgə ,  lakin daha  çox  nəzərə çarpan  şəkildə təzahür edir.  Prosesə  yardım edən  faktorlar  psixi  gərginlik (həyacan zamanı ishal) aile məişət konfliktləri  ilə  birgə qeyri rassional  qidalanma  ( tələsik yemək,  qaynar və qaba qidalar ) və s.  Atrofik qastritlər zamanı axilik ishal funksional  xarakter  daşıyır. Bu  halda  bağırsaq peristaltikasının  güclənməsinə  səbəb   həzm  oluna  bilməyən  qidanın  bağırsağın  selikli qişasına qıcıqlandırma  təsiri  səbəb olur.

Funksional pozulmalara  həmçinin  endokrin  pozulmalar (tireotoksikoz  zamanı ishal ,qalxanabənzər vəzin  çatışmazlığı  zamanı bağırsaq  atoniyası , qəbizlik , mərkəzi və periferik  sinir  sistemi patologiyalar (parkinsonzm , sirinqomieleya, şiş  və   travmalar)  səbəb  olur.

Simptomlar. Klinik gedişi: Total  diskineziya  xroniki  ishal və qəbizliklə təzahür edir. Kal kütləsində patoloji  ağırlıq  hissi , bəzən  iştahın  zəifləməsi ağızda xoşagəlməz dad  təyin olunur. Rektoromonoskopiya və kolonoskopiyada yoğun  bağırsağa  selikli qişasında morfoloji  dəyişikliklər aşkar olunmur.

Onikibarmaq  bağırsaq diskeneziyası  və  duodenostaz  xora  xəstəliyini, öd daşı xəstəliyini müşayət edir, epiqastral  nahiyədə  spastik xarakterli ağrılar, dolma və ağırlıq hissi, bulantı , qusma kimi  simptomlarla  özünü göstərir.

Nazik  bağırsağın diskineziyası. Qarında spastik ağrılar , qurultu, ishal  şəkildə  özünü  göstərir. Yoğun  bağırsağın  diskineziyası   dizinteriyadan  sonra əmələ  gələ bilər. Mator funksiyası pozulması atoniya və  spazmla  təzahür  edir. Bəzən ishal  bəzən qəbizlik  əmələ gəlir. Xüsusi klinik  forması  üçün  sancılar və  və bu və ya  plyonka şəklində  selikli nəcis ifrazı  xarakterikdir.

Müalicə:  Əsas  xəstəlik  müalicə  olunur. Pəhriz düzgün  qida  rasion  təyin  olunur. Hər  forma üçün  ayrıca müalicə   tətbiq  edilir.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!