Tibbi Ensiklopediya


Maddələr mübadiləsi

1296

      Maddələr mübadiləsi canlı orqanizmin əsas xassələrindən biridir. Orqanizmin fizioloji  funksiyalarının əsası maddələr mübadiləsidir. Maddələr mübadiləsi olmadan həyat mümkün deyildir.Orqanizmi üçün zəruri olan bütün qida maddələri həmçinin oksigen, su və s.birləşmələr xarici mühitdən alınır. Fasiləsiz olaraq orqanizm ilə xarici mühit arasında mübadilə prosesi gedir. Maddələr mübadiləsi dayandıqda həyat da dayanır.

      Maddələr mübadiləsi (metobolizm) bir-biri ilə əlaqədar iki proseslə xarakterizə olunur. 1.Assimilyasiya (anabolizm)  2.Dissimilyasiya  (katobolizm).

      Maddələr mübadiləsi bir neçə mərhələdən ibarətdir.1.Müxtəlif üzvü və qeyri-üzvü maddələrin orqanizmə daxil olması.2.Həmin maddələrin orqanizmidə dəyişilməsi. 3.Maddələr mübadiləsinin son məhsullarının orqanizmidən xaric olunması.

      Maddələr mübadiləsini öyrənmək ücün azot balansı, təcrid olunmuş orqanlar, angi- ostomiya, kateterizasiya, nişanlanmış atom və başqa üsullardan istifadə olunur. Hazırda maddələr mübadiləsini öyrənmək ücün kateterizasiya üsulundan çox istifadə edilir.

      Maddələr mübadiləsi fermentlərin hesabına gedir. Məhşur ingilis alimi D.İ.Bernal durğun olaraq müəyyən etmişdir ki, əgər fermentlər olmasaydı, yer kürəsində həyat olmazdı.

      İ.P.Pavlov fermentləri “həyatın oyadıcısı və açarı” adlandırmışdır. Fermentlər bitkilərdə, heyvanlarda və insanlarda olur. Onlar orqanizmidə gedən bütün proseslərdə iştirak edir.

      Mikroorqanizmilərin, bitkilərin və heyvanların bir çox fermentləri sənayedə istifadə edilir. Fermentlərin köməyi ilə müalicə vaksinləri alınır, yun yağsızlaşdırılır, çay ətirli hala salınır, çörək, pendir və s.qida məhsulları istehsal olunur.

      Zülallar və ya proteinlər (yunanca –protos-birincilər, vaciblər deməkdir) bütün hüceyrələrdə və hüceyrənin hər bir hissəsində vardır. Hüceyrənin quru çəkisinin 50%-ni zülallar təşkil edir.

      Bioloji  funksiyalarına görə zülallar-fermentlərə, nəqledici zülallara, ərzaq zülallarına, hərəkətverici zülallara, qoruyucu (mühafizə ) zülallara və tənzimedici zülallara  bölünür.

     Orqanizmidə zülal çatmasa iş qabiliyyəti zəifləyir, uşaqlarda fiziki və əqli inkişaf pozulur və xəstəliklər əmələ gəlir. Heyvanlarda böyümə və inkişaf zəifləməklə məhsuldarlıq aşağı düşür. Zülal insan və heyvanlar ücün ən vacib qida maddəsidir. Hazırda zülal istehsalının artirilması ən aktual və vacib problemlərdən biridir.

     Zülalların bioloji dəyərliyi onların tərkibində olan amin turşularından asılıdır. Əvəz edilməz amin turşuları orqanizmidə sintez olunmur. Əvəzedilməz amin turşularına valin,leysin,izoleysin,metionin,lizin və s.aiddir.

      Əvəzedilən amin turşuları orqanizmidə başqa amin turşularından və ya üzvü maddələrdən sintez olunur. Əvəzedilən amin turşularına alanin, sistein, tirozin və başqaları aiddir.

      Əvəzedilməz amin turşuları zülalların əmələ gəlməsində iştirak etməklə, maddələr mübadiləsində vacib rol oynamaqla, həmcinin orqanizmidə mühüm funksiyaları yerinə yetirir. Metionin, tirozin ilə birlikdə adrenalinin və noradrenalinin sintezində iştirak edir. Orqanizmidə valin catmasa baş beyin toxumasının dəyişməsi və əzələlərin zəifləməsi baş verir.

      İnsan ücün-ətin, südün, yumurtanın, balığın, ikranın zülalları tam dəyərli zülallardır. İnsanın zülala sutkalıq tələbatı:-yüngül işdə 80-100 qr, ağır işdə -120-160 qr, 100 qram ətdə 13-18 qr, 100qram qoyun pendirində 30 qram,100 qram yumurtada 12 qram zülal vardır.

     Zülallar orqanizmdə başqa qida maddələrindən sintez olunmur, ona görə ki, onların tərkibində azot vardır. Azot yağların və karbohidratların tərkibində olmur.

     Bitki zülallarının ( buğda,vələmir,qarğıdalı,lobya,noxud) tərkibində əvəzedilməz amin turşuları olmur və ya çox az olur.Belə zülallar dəyərsiz (natamam dəyərli ) zülallar adıanır. Müxtəlif heyvanların zülallara tələbatı müxtəlifdir. Zülalların mübadiləsi sinir-humoral sistemi ilə nizamlanır.

      Yağlar suda həll olmayan üzvü birləşmələrdir. Hüceyrə membranının struktur komponentidir. İstilik balansının tənzim olunmasında yağlar mühüm rol oynayır. Orqanizm də enerjinin əsas mənbəyi yağlardır. Oksidləşmə zamanı yağlar ancaq enerji yox, həm də su verir.Belə ki, 100 qram yağ oksidləşdikdə, 107 ml.su əmələ gəlir.Yağlar A,D,E, və K vitaminləri ücün həledicidir. Orqanizmdə yağların plastik və enerji rolu vardır.

Orqanizmdə yağlar karbohidratlardan və zülallardan sintez olunur.

       Yağlar hüceyrə və toxumaların tərkibinə daxildir. Orqanizmin çəkisinin 10-20%-ni təşkil edir.

      Yağlar həzmi mədə şirəsində, mədəaltı vəzin şırəsində və bağırsaq şirəsində olan  lipaza fermentinin təsiri ilə təmin olunur. Yağların əsas həzmi nazik bağırsaq şöbəsində ödün iştirakı ilə olur. Bir qram yağ oksidləşdikdə 9,3 kkalori enerji verir.

       İnsanların sutkalıq qida payında yağların ümumi miqdarı 50 qramdan az olmamalıdır və onun 50%-ni heyvan mənşəli yağlar təşkil etməlidir.

       Həzm sisteminin müxtəlif şöbələrində yağlar qliserinə və yağ turşularına parcalanır. Yağların çox hissəsi orqanizmidə ehtiyat halında saxlanılır. Qida çatışmadıqda çox enerji sərf edildikdə orqanizm ehtiyat saxlanan yağlardan istifadə edir. Ehtiyat yağ (de po yağı) ən çox dərialtı piy qatında toplanır və daxili orqanları mexaniki təsirlərdən qoruyur.

      Depolarda olan yağ ehtiyat enerji mənbəyidir. Zülalların, yağların və karbohidratların mübadiləsi vahid bioloji prosesdir. Yağların mübadiləsi sinir-humoral  sistem ilə tənzim olunur.

       Karbohidratlar orqanizmidə əsas enerji mənbəyi kimi sərf olunur.Ağız suyunda, mədəaltı vəzin şirəsində və bağırsaq şirəsində karbohidratlara təsir göstərən fermentlər  vardır.

      Həzm sistemindən qana sorulmuş karbohidratların əsas hissəsi qapı venası ilə qaraciyərə daxil olur və qlikogenə çevrilir, ehtiyat halında saxlanılır. Orqanizmə az  miqdar karbohidrat daxil olduqda qlikogen qlükozaya parçalanır. Beləliklə qanda şəkərin normal miqdarı  təmin olunur. Qlikogen, qlükozadan ancaq qaraciyərdə yox, başqa orqan və toxumalarda (əzələ) da sintez olunur.

     Karbohidratlar bitki mənşəli qida məhsullarında,məsələn taxıl bitkilərinin dənində, kartofda,meyvələrdə çox olur.

     Ümumiyyətlə karbohidratlar bağırsaqlardan qana mannoza,qlükoza və fruktoza    

(monosaxaridlər) şəkilində sorulur.Orqanizmə çoxlu karbohidrat daxil olarsa qara ciyərdə onun hamsı qlikogenə sintez oluna bilmir. Nəticədə qanda şəkərin miqdarı normaya nisbətən artır və buna hiperqlikemiya deyilir.

      İnsanların karbohidratlara sutkalıq tələbatı 500 qramdır. Normal qanda şəkərin miqdarı isə 80-120 mq %-dir. Qanda qlükozanin 70%-dən az olması-hipoqlikemiya, 120 mq %-dən çox olması isə hiperqlikemiya adlanır. Qanda qlükozanın miqdarınin 50-40 mq%-ə azalması zamanı insanda müvazinət itir, qıc olma baş verir, tər ifrazı çoxalır və ölüm ola bilir. Müalicə məqsədi ilə qana qlükoza vurulmalı və ya xəstə şəkər qəbul etməlidir. Qanda qlükoza 150-180 mq% olduqda sidik ilə xarıc olunur (qlüko – ziya). İnsanlar üçün gündəlik şəkər norması – çavanlar  ücün 50-70 qram, yaşlı adamlar üçün 30-50 qramdır.

          Bir qram karbohidrat oksidləşdikdə 4,1 kkalori enerji verir. Əgər orqanizmə az karbohidrat daxil olarsa, enerji tələbatı zülalların və yağların hesabına ödənilir. Mədəaltı vəzin hormonu insulin qanda olan qlükozanin artıq hissəsini qlikogenə çevirir və qanda şəkərin miqdarı norma daxilində sabit saxlanılır. Mədəaltı vəzin funksiyası pozulduqda az insulin ifraz olunur və nəticədə insanda şəkərli diabet xəstəliyi əmələ gəlir.

        Ümumi dünya səhiyyə təşkilatının verdiyi məlumata görə dünyada şəkərli diabet  xəstəliyinə tutulmuş insanların sayı-1999-cu ildə 110 milyon, 2000-ci ildə 175 milyon olmuşdur.2010-cu ildə 200 milyon olması ehtimal olunur.

 

        Hər bir  ailənin sağlamlığı,qidalanma mədəniyyətindən asılıdır. Səmərəli qidalanma qanunlarını bilən və həmin qanunlara əməl edən insanlar, sağlam, işgüzar, fiziki və mənəvi cəhətdən inkişaf etmiş olurlar. Sağlam olmaq istəyən hər bir insan yeməyinin qədərini bilməlidir.

        Qədərində yemək vərdişlərinin əsası – təməli uşaqlıqda qoyulur və bu vərdişlərin yaranmasında ailə  üzvləri həlledici rol oynayır.

         Karbohidratların mübadiləsi sinir və humoral sistemlər ilə tənzim olunur.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!