Tibbi Ensiklopediya


Malabsorbsiya sindromu

1885

Bağırsaqda  sorulmanın  pozulması sindromudur. Bir və ya bir  neçə  qida maddəsinin  nazik  bağırsağın  selikli  qişasından  sorulmasının  pozulması   nəticəsində  ortaya  çıxan  simptomokompleksləri  əhatə  edir.

Etiologiya. Patogenez:  Malabsorbsiya  sindromu  I-li (irsi) və II-li(qazanılmış) ola  bilər. Etiologiyası müxtəlifdir   (laktazanın α qlikozidaza,  enterokinaza   və b. aktivliyinin zəifləməsi və ya  tamamən  olmaması) . Sorulamının irsi  pozulmalarının  əsasında  disaxarid  çatışmamazlıqları (laktaza, saxaraza, maltaza) , həqiqi  çölyakiya (qliadinə  dözümsüzlük), enterokinazanın  çatışmamazlığı, monosaxaridlərə  dözümsüzlük ( qlükoza, fruktoza, qalaktoza) , amin  turşularının  sorulmasının  pozulması ( sistiuniriya Xartnup  xəstəliyi),  B 12  vitaminin Fol turşusunun  sorulmasının  pozulması. II-li  qazanılmış  malobsorbsiya  mədə  bağırsaq  traktının  müxtəlif  xroniki  xəstəlikləri  nəticəsində  əmələ  gəlir (pankreatitlər, hepatitlər, dizbakterioz, bağırsaq  infeksiyaları, diskinaziyalar kron xəstəliyi  və s)

Klinik  şəkli: Uşaqlarda  çoxlu  miqdarda  lipid  ifrazı  ilə  xroniki  ishal  dominantlıq edir. Vitamin çatışmazlığı , su  elektrik  balansının  pozulması ( dərinin quruması, qlossit, hipokaliemiya,hiponatuiemiya  hipokalsemiya) ilə  birləşir. Hipoproteinmiyanın   inkişafı  nəticəsində  ödemlər  əmələ gəlir.  Xəstəliyin  səbəbindən  asılı olaraq uşağın  həyatının  ilk  aylarından  (laktozanın  olmaması, ya gec  süni  qidalara başladıqdan  sonra  (saxarozaoya  dözülməzlik ) ortaya  çıxa bilir.

Diaqnoz: Uzun müddət  " yağlı nəcis ifrazı"  və ənənəvi  müalicə   ilə  keçməməsi  bu  sindromdan  şübələnməyə  imkan  verir.

Müalicə: Etiologiyasından  asılı olaraq  müalicə  taktikası  seçilir. Pəhriz  vacibdir. Qida  rasionunda  saxaraza, nişasta ( mama,kartof, şəkər) un  məhsulları  çıxarılır. Ağır  formada  ana  südü  və inək  südü  də verilməkdədir. Ferment  preparatları , zülal  hidrolizatorları  təyin  olunur.

Praqnozu: Vaxtında  diaqnoz  qoyulur, müalicə  edilərsə  əlverişlidir.

 
 



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!