Həkimlər


Hadıyev Surxay

1320

İxtisas: Ümumi cərrahiyyə

Akademik ünvan: Professor

İş yeri: Baku Medical Plaza

Tibbi bölmə: Cərrahiyə


Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, Azərbaycan Tibb Universitetinin II Cərrahi xəstəliklər kafedrasında professoru, Mədə-bağırsaq , Qaraciyər və Öd yolları , Mədəalıtı vəzi cərrahi əməliiyatları üzrə dünya miqyaslı mütəxəssis.

S.A.A. Hadıyev Surxay İsmayıl oğlu

Təvəllüdü: 23 iyun 1947-ci il, Göyçay rayonu

Kafedrada vəzifəsi: II Cərrahi xəstəliklər kafedrasında professor, 1990-cı ildən N.Nərimanov adına ATU-nu 1971-ci ildə bitirmişdir.

 

Kafedrada 1971-ci ildən çalışır (baş laborant, assistent, dosent, professor).

Elmi dərəcəsi: Tibb elmləri doktoru

Elmi adı: Professor

Son 5 ildə 25 elmi məqaləsi çap olunub.

  • LAPAROSKOPİK XOLESİSTEKTOMİYA MÜDDƏTİNDƏ VENOZ HEMODİNAMİK DƏYİŞİKLİKLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ. Hadıyev S. İ., Paşazadə V. A. Cərrahiyyə, 2011, №2, s.54-59
  • LAPAROSKOPİK XOLESİSTEKTOMİYA ZAMANI PNEVMOPERİTONEUMUN TÖRƏTDİYİ HEMODİNAMİK DƏYİŞİKLİKLƏR. Hadıyev S. İ., Paşazadə V. A. Sağlamlıq, 2011, №2, s. 18-23
  • Hal hazırda Baku City Hospiyalın direktoru vəzifəsində çalışır

Mədə-bağırsaq sistemi cərrahiyyəsi:

  • Qida borusu- axalaziya, lipoma, leyomiyoma kimi xoşxassəli törəmələri, divertikulu
  • Mədə və on iki barmaq bağırsağın perforasiyası, qanaxma, mədə çıxacağının stenozu kimi ağırlaşmaları
  • Nazik və yoğun bağırsaq xəstəlikləri (xoşxassəli törəmələr-polipoid lezyonlar, bezoarlar, fistulalar, keçməməzlik, Kron xəstəliyi və onunla əlaqəli ağırlaşmalar, qeyri-spesifik xoralı kolit), perianal fistulalar, hemorroidlər, anal çat və s. xəstəliklərin cərrahi müalicəsi həyata keçirilir.

Hepato-pankreatiko-biliar cərrahiyyə:

  • Qaraciyər, öd kisəsi və öd yollarında aparılan açıq və laparoskopik əməliyyatları, öd yollarının və mədəaltı vəzin mexaniki sarılığa səbəb olan xəstəliklərinin (daş, stenoz, xroniki pankreatit,exinokokk kistası) müalicəsini, mədəaltı vəzinin psevdokistaları və xroniki pankreatitin cərrahi müalicəsini əhatə edir.

Yırtıq cərrahiyyəsi: Klinikamızda yırtıq cərrahiyyəsi ən son elmi və texniki yeniliklərdən istifadə edilərək həm açıq, həm də laparoskopik metodlarla aparılır.

  • Qasıq yırtığının plastikası (bir və iki tərəfli)
  • Göbək yırtığının plastikası (kiçik orta və böyük həcmli)
  • Bud yırtığının plastikası
  • Ağ xətt yırtığının plastikası
  • Postoperasion yırtığının plastikası (kiçik orta və böyük)
  • Eventerasiyanın ləğv edilməsi
  • Laparoskopik hernioplastika(bir və iki tərəfli)
  • Diafraqma yırtığının ləğvi
  • Yırtıq torun dəyişdirilməsi

Xətai rayonu, Babək prospekti, 92N

(012) 909, (055) 372 26 57

e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!