Həkimlər


Həmidov Ələkbər Sabir oglu.

1012

İxtisas: Travmatoloq-ortoped

Akademik ünvan: - - - - -

İş yeri: Medilux

Tibbi bölmə: Travmatologiya


Cərrah, Travmotoloq – ortoped Həmidov Ələkbər Sabir oglu. Agdamda dogulub.1978-1984-ildə N. Nərimanov adına ADTİ—nin 1 ci müalicə - profilaktika fakultəsini bitirib. 1987-ci ildə Ümumittifaq Kurqan ETKBTOİ –da kliniki ordinaturaya daxil olub. Dünya şöhrətli alim, akademik Q. A. İlizarovun rəhbərliyi altında xarici fiksasiya aparatları ilə osteosintezin aparılması yollarını öyrənıb. Respublikaya qayıtdıqdan sonra BTOİ –da elmi işçi kimi çalışıb. 1991- ciildə cəbhə bölgələrində yaralıların kütləvi hal aldıgı bir vaxtda elmi işlərini yarımşıq qoyaraq hərbi həkim kimi MN –nin MHH –da travmotologiya şöbəsində əvvəlcə baş ordinator, sonra şöbə rəisi kimi çalışıb. MN-nin aparıcı travmotoloqu kimi cəbhə bölgələrində onlarla çətin əməliyyatlar aparb. Tibb xidməti polkovnik – leytinantıdır.

1999 cu ildə ordudan tərxis olunduqdan sonra M.Nagıyev adına Bakı ŞTTYX-da, sonra Kliniki Tibbi Mərkəzdə travmotoloq-ortped kimi çalışır. 2003 cü ildən Bakı şəhəri Səhiyyə İdarəsinin baş travmotoloqudur.Dəfələrlə xaricdə ---İranda, Türkiyədə, Belarusiyada və digər döviətlərdə travmotologiya və ortopediyaya aid konfranslarda əyani işlər nümaiş etdirməklə çıxışlar edib.

Respublikada və xarici dövlətlərdə travmotologiya – ortopediyanın müxtəlif sahələri üzrə ixtisasartırma kurslarında olaraq sertifikatlar almışdır. 2002 ci ildə milli səhiyyənin inkişafında müstəsna xidmətlərinə görə "Bizdən Demək" qəzeti tərəfindən aparılmış rəy sorgusuna əsasən travmotologiya və ortopediya sahəsi üzrə İLİN HƏKİMİ adına laiq görülmüşdür.

2005-ci ildə travmotologiya və ortopediya sahəsinsdə misilsiz xidmətləri olan,akademik Qavriil Amramoviç İlizarov barəsində "İlizarov Zirvəsi" adlı kitab yazmışdır. Hazırda paralel olaraq həm Kliniki Tibbi Mərrkəzin ravmotologiya şöbəsində, həm də "Medi -- Lüks" klinikasında trvmotoloji və ortopedik əməliyyatlar aparır. Əməliyyatlarının əksəriyyətini Q. A.İlizarov aparatını tətbiq etməklə aparır.

oynağında açma (şəkil 1), və bükmə (şəkil 2) müalicədən sonra reabilitasiya dövrünün xeyli qısalmasına səbəb olur.Aparat düzgün və stabil qoyularsa bu zaman sınıqların bitişmə müddəti isə 1-2 ay tez başa çatır. Xarici fiksasiya aparatiari bizə imkan verir ki, ətraflarda yumşaq toxumaların geniş zədələnmələri sümük sınıqları ilə birgə olarsa onların fiksasiyası mümkün olsun. Açıq yaralar da daxil olmaqla ətrafın istənilən nöqtəsindən milləri keçirmək mümkündür. Aşağıda olan şəkildə göründüyü kimi.

Xəstə,Hüseyinov Şahin 24 yaşında klinikaya sol pəncənin anadangəlmə ekvinovarus deformasiyası (şəkil 1 ) dioqnozu ilə daxil olmuşdur. Pəncədə 3 yerdə mini kəsiklər aparmaqla İlizarov aparatı qoyulmuşdur.(şəkil 2 ). Aparatda gündəlik kompressiya- distraksiya verilməklə 2 ay müddətində mövcud deformasiya tamami ilə aradan qaldırılmışdır. 3 cü-şəkildə pəncənin müalicədən 2 ay sonrakı vəziyyətidir. Xəstə adi ayaqqabıdan istifadə edir və ətrafa tam yük salmaqla gəzir.

Xəstə, Hüseyinli N. Klinikaya hər iki diz ynaqlarının anadangəlmə varus deformasiyası, boy qısalıgı (147 sm ) ilə müraciət etmişdir.(şəkil 1 ). Əvvəlcə sag ətrafda İlizarov aparatı ilə kortikotomiya olunaraq (şəkil 2). osteosintez olunmuş və həmən ətrafdan aparat çıxarılan zaman analoji əməliyyat sol ətrafda aparılıb. Müalicənin nəticəsi: Hər iki ətrafda olan deformasiyalar tamam aradan qaldırılıb və distraksiya yolu ilə xəstənin boyu 7sm. artırılaraq 154 sm.olub.(şəkil 3). Əməliyyatdan əvvəl və sonra xəstə öz həkimi ilə müqaisə üçün şəkil çəkdirib. Q e y d: Orta məktəbin sonuncu sinifində olan xəstəmiz müalicə qurtaran kimi Az. Tibb. Unv.-nin müalicə fakultəsinə daxil olmuşdur. Hər ətrafda müalicənin müddəti 5-6 ay olmuşdur.

Q.A.İlizarov aparatıilə müalicənin üstün cəhətlərindən biri osteosintezin lokal aparılması və yaxın oynaqlarda funksiyaların saxlanmasıdır. Bazu sümüyünün sınıgı zamanı dirsək oynağında açma (şəkil 1), və bükmə (şəkil 2) müalicədən sonra reabilitasiya dövrünün xeyli qısalmasına səbəb olur.Aparat düzgün və stabil qoyularsa bu zaman sınıqların bitişmə müddəti isə 1-2 ay tez başa çatır. Xarici fiksasiya aparatiari bizə imkan verir ki, ətraflarda yumşaq toxumaların geniş zədələnmələri sümük sınıqları ilə birgə olarsa onların fiksasiyası mümkün olsun. Açıq yaralar da daxil olmaqla ətrafın istənilən nöqtəsindən milləri keçirmək mümkündür. Aşağıda olan şəkildə göründüyü kimi.

Bu cür və buna bənzər mürəkkəb əməliyyatlar, eləcə də digər ekstra və nitramedulyar əməliyyatlar “Medi-Lüks” klinikasında Ə. Həmidov tərəfindən müvəffəqiyyətlə aparılır.

O. Salamzadə küç. 66 B

(012) 563-55-05, (012) 563-51-81, (012) 563-51-91

info@medilux.az

http://www.medilux.az/

e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!